Təhsilalanların könüllülük fəaliyyətinə təşviqi mövzusunda qrant müsabiqəsi elan olunub
Bakı, 6 iyul, AZƏRTAC
Təhsil Nazirliyi 2021-ci il üçün “Gənclərin öz potensialını üzə çıxarması, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurulması, ölkə əhəmiyyətli tədbirlərdə iştirak edərək təcrübə qazanması məqsədilə təhsilalanların könüllülük fəaliyyətinə təşviqi” mövzusunda qrant müsabiqəsi elan edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin təşkilində məqsəd tələbələr arasında könüllülüyün təbliği, könüllülərin sayının və əhatəliliyinin artırılması, təşkilatlanma və özünü inkişaf tədbirlərinin genişləndirilməsindən ibarətdir.
Müsabiqədə iştirak üçün müraciət sənədləri iyulun 7-dən etibarən elektron formada [email protected] elektron poçt ünvanına göndərilməlidir. Layihələrin qəbulu üçün son müddət iyulun 27-si saat 21:00 müəyyənləşdirilib.
Müsabiqə barədə ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]