Təhsildə Keyfiyyət Təminatı Agentliyi ADA Universitetində təlimlər təşkil edəcək
Bakı, 27 iyul, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə ADA Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsi tərəfindən ADA Universitetində çalışan akademik və inzibati heyətin xarici keyfiyyət təminatına dair təlimlərə cəlb olunması nəzərdə tutulur. Təlimlərdə akademik və inzibati heyətə Agentliyin mütəxəssisləri tərəfindən ali təhsil müəssisələrinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarlarına dair geniş məlumat veriləcək.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]