Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təhsilli və sağlam gənclik güclü Azərbaycanın aparıcı qüvvəsidir

Təhsilli və sağlam gənclik güclü Azərbaycanın aparıcı qüvvəsidir

Bakı, 1 fevral, AZƏRTAC

Konfutsi müdrik kəlamlarından birində belə demişdi: “Təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olarsa, üsyankar olar. Kiçik insanlar ədalət olmadan cəsarət sahibi olarsa, quldur olar”. Böyük mütəfəkkir bu dəyərli fikirləri ilə insanlara çatdırmaq istəmişdi ki, ədalətli olmaq, özünə və başqalarına qarşı ədaləti görmək istəyirsənsə, təhsilli olmalısan. Konfutsinin bu ibrətamiz sözlərini həm də ona görə yada saldım ki, düz 30 il əvvəl aidiyyəti dövlət qurumlarının və peşəkar ekspertlərin ölkə miqyasında apardıqları bir araşdırmanın qəribə nəticələrini indiyədək unutmamışam. Həmin nəticələr çox üzücü idi. Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə 1993-cü ilin ikinci yarısında aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdi ki, qaçqın və məcburi köçkün ailələrindən olan yetkinlik yaşına çatmayan şəxslərin bəzi şəhər və rayonlarımızda 50 faizi, bəzilərində isə hətta 70 faizə qədəri icbari orta təhsildən kənarda qalıb. Vəziyyəti ağırlaşdıran məqamlardan biri də onunla bağlı idi ki, əvvəlki hakimiyyətlər dönəmində zəruri dövlət dəstəyi təmin olunmadığı üçün, müvafiq qurumlar vəzifələrini yerinə yetirə bilməmişdilər və bu faciəvi prosesi öz axarına buraxmışdılar. Hakimiyyətə qayıtdıqdan dərhal sonra Ulu Öndərin verdiyi ilk göstərişlərdən biri məhz təhsildə buraxılan qüsur və nöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı oldu. Çünki Heydər Əliyev təhsilin istənilən cəmiyyətin həyatında kəsb etdiyi əhəmiyyətini incəliyinə qədər bilirdi və məhz buna görə də deyirdi ki: “Təhsil millətin gələcəyidir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat qeyd edib ki, elə bu səbəbdən Ulu Öndərimiz hakimiyyətə qayıdışının ilk günlərindən elmə və təhsilə xüsusi diqqət ayırdı, bu sahəni dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Hələ sovet Azərbaycanı dönəmində əsasını qoyduğu mütərəqqi təcrübəni yenidən bərpa etdi, gənclərimizin dövlət hesabına xarici ölkələrin ən nüfuzlu elm ocaqlarında təhsil almaları üçün şərait yaratdı. Artıq 2003-cü il üçün üç mindən çox gənc 40-a yaxın ölkədə 160 ixtisas üzrə ali təhsil alırdı. O zaman təkcə qardaş Türkiyədə 700 tələbənin təhsil alması, o cümlədən onlara təqaüd verilməsi üçün dövlət büdcəsindən milyonlarla vəsait ayrılırdı. Bu gün onların bir çoxu dövlət orqanlarında, elm və təhsil ocaqlarında, Silahlı Qüvvələrimizdə, eləcə də biznes sahəsində müstəqil Azərbaycana xidmət edir.

Ü.Quliyev bildirib ki, təhsilli və bilikli insanların üstünlük təşkil etdiyi cəmiyyət ədalətə daha çox bağlı olur. Lakin ədalət meyarının ictimai yanaşmada həlledici amilə çevrilməsi üçün yalnız təhsil yetərli olmaya da bilər. Bunun üçün yetişməkdə olan nəslin milli-mənəvi dəyərlərimizə, əxlaq normalarına, ictimai maraqlara bağlılığı da təmin edilməlidir. Gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi təkcə ailənin deyil, həm də dövlətin seçdiyi əsas hədəflərdən biri olmalıdır. Buna görə də uşaqların və yeniyetmələrin asudə vaxtının səmərəli təşkili məsələsi ön plana çıxır. Bu vacib sahə dövlət qayğısı ilə əhatə olunduqda, ailə və rəsmi qurumların birgə və əlaqələndirilmiş səyi arzulanan nəticəni verə bilir. Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələləri davamlı olaraq diqqət mərkəzində saxlayırdı. Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi təsis olundu, məhz onun təşəbbüsü və Sərəncamı ilə 1997-ci ildə 2 fevral tarixi Azərbaycan Gəncləri Günü elan edildi. Bu, MDB və Şərqi Avropa məkanında bir ilk idi. Həmin qərardan yalnız ilyarım sonra - 1998-ci ilin avqustunda Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən konfransda avqustun 12-si Beynəlxalq Gənclər Günü elan olundu.

Heydər Əliyevin “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il 22 iyun tarixli və “Dövlət gənclər siyasəti haqqında” 1999-cu il 29 iyul tarixli fərmanları, 2002-ci il aprelin 9-da qəbul olunan “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu gənc nəslə dövlət qayğısının hüquqi bazasını genişləndirməklə onun əsas istiqamətlərini bir daha dəqiqləşdirdi. Ulu Öndərin təşəbbüsü ilə 1996-cı ildən etibarən mütəmadi şəkildə keçirilən Gənclər Forumu Azərbaycan gəncliyinin həyatında hərəkətverici platformalardan birinə çevrildi. Heydər Əliyev 1996-cı il fevralın 2-də keçirilən ilk Gənclər Forumunda gənc nəslə bu tövsiyəni vermişdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin əsasını qoyduğu gənclər və idman siyasəti Prezident İlham Əliyev tərəfindən bu gün də eyni təməllər üzərində qətiyyətlə davam etdirilir. Prezident Sərəncamı ilə 2007-ci il ölkəmizdə “Gənclər İli” elan olundu. Birinci xanım Mehriban Əliyevanın sədrliyi ilə dünyanın 100-ə qədər ölkəsindən 500-dək qonağın iştirak etdiyi “Gənclərin Məşğulluq sammiti” 2008-ci ilin sentyabrında məhz Azərbaycanda keçirildi. Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar əsasında “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” artıq uğurla həyata keçirilib. Hazırda isə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” icra olunur. Bu Proqramlar üzrə beş mindən çox Azərbaycan gənci dünyanın nüfuzlu təhsil ocaqlarında ali ixtisasa yiyələniblər. Prezident İlham Əliyevin 2022-ci il 28 fevral tarixli başqa bir Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” da artıq təsdiq edilib. Bu Proqram imkan verəcək ki, hər il 400 nəfər azərbaycanlı bakalavriat və magistratura səviyyəsində ali təhsilini xarici ölkələrdə ala bilsin. Azərbaycan Prezidentinin təşəbbüsü və Sərəncamı ilə 2011-ci ildə yaradılan Gənclər Fondu elm, təhsil, mədəniyyət və digər sahələrdə gənclərimizin təşəbbüs etdiyi ictimai və sosial əhəmiyyətli layihələrə dövlət dəstəyi siyasətini təmin edir. Prezident İlham Əliyevin 2013-cü ildə təsis etdiyi “Gənclər üçün Prezident Mükafatı” isə Azərbaycan gəncliyinə dövlət dəstəyini ifadə edən çoxsaylı normativ-hüquqi aktlardan yalnız biridir. 2019-cu il 1 oktyabr tarixli Sərəncama əsasən Gənclər Fondunun nəzdində fəaliyyətə başlamış Gənclərin İnkişaf və Karyera Mərkəzi, adından da göründüyü kimi, gənc nəslin inkişafına və yüksəlişinə dövlət dəstəyi məqsədini daşıyır. 2019-cu il 26 iyul tarixli Prezident Sərəncamı ilə təsis olunan “Yüksəliş” müsabiqəsi isə istedadlı gənclərdən ibarət kadr ehtiyatı bankının yaradılmasını nəzərdə tutur və belə gənclərin dövlət idarəçiliyi prosesinə daha aktiv şəkildə cəlb olunmasına xidmət edir. Görülən dövlət tədbirləri sayəsində Azərbaycan gəncliyi artıq könüllülər hərəkatının da aparıcı qüvvəsinə çevrilib. Çünki gənclərimiz dövlətin qayğısını və onlara bəslənilən doğma münasibəti hiss edə və görə bilir. Azərbaycan Prezidentinin gənclərlə mütəmadi görüşləri, bu zaman səsləndirdiyi fikirlər və etdiyi çağırışlar onlar üçün ən təsirli motivasiya gücünə malikdir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2019-cu il fevralın 1-də Bakı Konqres Mərkəzində gənclərlə keçirdikləri görüş bu cür çoxsaylı görüşlərdən yalnız biridir. Vətən müharibəsindən bir il səkkiz ay əvvəl baş tutmuş bu tədbirdə Azərbaycan Prezidenti tərəfindən səsləndirilən fikirlər gənc nəsil üçün ciddi stimul rolunu oynadı: “Bir daha demək istəyirəm ki, müstəqilliyi qorumaq üçün mütləq bilik, savad, vətənpərvərlik və milli təfəkkür olmalıdır... Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”.

Ötən illər ərzində dövlət səviyyəsində görülmüş tədbirlər sayəsində Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Bölgələrimizdə fəaliyyət göstərən 50-yə yaxın Olimpiya İdman Kompleksi uşaq və yeniyetmələrlə yanaşı, bütün əhaliyə xidmət edir. İrimiqyaslı bərpa və quruculuq işlərinin getdiyi Qarabağda və Şərqi Zəngəzurda eyni Mərkəzlərin yaradılması indidən nəzərdə tutulur. Dünya miqyasında nüfuzlu idman ölkələrindən biri kimi tanındığımız üçün birinci Avropa Oyunları məhz Azərbaycanda keçirildi. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə yüksək səviyyədə təşkil olunmuş “Bakı-2015” təqdimatları ölkəmizin idman potensialı ilə yanaşı, tarixi və mədəni irsinin, milli-mənəvi dəyərlərimizin təbliğində əvəzolunmaz rol oynadı. Mehriban xanım Əliyeva möhtəşəm açılış mərasimində Bakıdan dünya birliyinə bu mühüm çağırışı etdi: “Azərbaycan zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan ölkədir. Multikulturalizm və tolerantlıq, dostluq və qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir... Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı bizə bu cür böyük idman tədbirini keçirmək imkanı yaradır... Sülhü, dostluğu və həmrəyliyi qeyd etmək üçün Bakıya, Azərbaycana xoş gəlmisiniz!”.

Qeyd olunub ki, birinci Avropa Oyunlarında 50 ölkəni təmsil edən 6 mindən çox idmançı ölkəmizin 21 idman arenasında gücünü sınadı. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi qərarı isə idman dövləti kimi qazandığımız nüfuzun növbəti beynəlxalq səviyyəli etirafı oldu. Azərbaycan ötən dövrdə müxtəlif idman növləri üzrə çoxsaylı yarışlara ev sahibliyi edib, ölkəmizin ən yüksək standartlara cavab verən idman arenaları dünya miqyasında tanınmış idmançıların sağlam və ədalətli rəqabətinə şərait yaradan etibarlı məkana çevrilib. Həmin beynəlxalq yarışlarda idmançılarımızın qazandığı qələbələrin şərəfinə dövlət bayrağımızın ucaldılması və himnimizin səsləndirilməsi artıq bir ənənə halını alıb. Bu fəxarət hissini hər birimizə yaşadan Azərbaycan gəncliyidir. O gənclik ki, 44 günlük Vətən müharibəsində milli kimliyimizi, milli ləyaqətimizi qorumağın əsas məsuliyyətini öz üzərinə götürdü və bütün dünyaya sübut etdi ki, Vətən uğrunda hər cür fədakarlığa hazırdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin. Azərbaycan gəncliyi bir daha sübut etdi ki, öz Prezidentinin yanındadır və Ali Baş Komandanımızın istənilən döyüş əmrini şərəflə yerinə yetirməyə, düşmənin başını əzməyə və Qarabağı azad etməyə qadirdir. Özü də bu tarixi Zəfərə o gənclərimiz imza atdı ki, onların əksəriyyəti Qarabağı heç görməmişdi, suyunu içib havasını udmamışdı. Eynilə Prezident İlham Əliyevin ötən il fevralın 26-da yerli və xarici media təmsilçiləri üçün keçirilən mətbuat konfransında dediyi kimi: “Qarabağı azad edənlərin arasında ən böyük rol oynayan, bax, bizim son 17 il ərzində yetişmiş insanlarımızdır. Yaşlı nəslin, əlbəttə ki, böyük əməyi, təcrübəsi və bilikləri var. Amma döyüşə gedən, öz sinəsini atəş altına qoyan, bax, 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış bizim övladlarımızdır” .

Viktor Hüqonun belə bir dəyərli kəlamı var: “Tərbiyə-nəfslə, təhsil-biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır”. Bugünkü Azərbaycan gəncliyi ali tərbiyəsi və milli-mənəvi dəyərlərimizə bağlılığı ilə, təhsil səviyyəsi və sağlam həyat tərzi, Vətənə məhəbbəti və məsuliyyətli vətəndaş mövqeyi ilə bir çoxlarına örnəkdir.

Deputat Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu il yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə söylədiyi bu fikirləri bir daha xatırladıb: “Sadəcə olaraq, bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq. Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: "Sabah" “Slaviya Praqa”nı məğlub edir – YENİLƏNİB 3

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov