DÜNYA
TEKNOFEST-2023 başa çatıb, bu il festivalı 4,6 milyon insan ziyarət edib

Bakı, 2 oktyabr, AZƏRTAC
Sentyabrın 27-də Çiğli Hava Limanında başlayan və oktyabrın 1-də başa çatan TEKNOFEST-2023-ün təşkilatçı şirkətinin sosial media hesabında tədbirin ziyarətçilərinin sayı ilə bağlı açıqlama verilib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla bildirir ki, TEKNOFEST-2023-ü İzmirdə 5 gün ərzində 1 milyon 100 min insan ziyarət edib.
“Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar sosial media hesabında qeyd edib ki, bu il İstanbul, Ankara və İzmirdə təşkil olunan TEKNOFEST-lərə ümumilikdə 4,6 milyon insan qatılıb.
O qeyd edib ki, ilk TEKNOFEST-in keçirildiyi 2018-ci ildən bəri tədbiri təxminən 10 milyon insan ziyarət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.12.2023 [15:27]
Afinada Türkiyə Prezidenti ilə Yunanıstanın Baş nazirinin görüşü olub
- 07.12.2023 [14:09]
Pekində 24-cü Çin-Avropa İttifaqı sammiti keçirilir
- 07.12.2023 [13:53]
Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək
- 07.12.2023 [13:04]
Maqnit-robotun köməyi ilə dünyada ilk cərrahiyyə əməliyyatı edilib
- 07.12.2023 [10:51]
“SpaceX” kompaniyası daha 23 internet peykini orbitə çıxarıb
- 07.12.2023 [10:46]