TELERADİO YAYIMÇILARINA LİSENZİYALAR VERİLMƏSİ, ONLARIN MÜDDƏTİNİN UZADILMASI DAVAM EDİR
Lisenziyalaşdırma prosesində Lənkəran TV, “Xəyal” TV (Quba), Xaçmaz TV, “Alternativ” TV-nin (Gəncə) təsisçiləri ilə bağlı problemlər vardır. Belə ki, Lənkəran TV özəlləşdirilərkən qanun pozuntularına yol verilmişdir. Hazırda müvafiq orqanlar bu məsələni araşdırır. Xaçmaz TV dövlət tərəfindən maliyyələşdirilir. Bu kanala tezliklə təsisçilik məsələsini həll etmək tövsiyə olunmuşdur. “Xəyal” TV təsisçisini dəyişmişdir. “Yevropa plyus” radiosu isə əslində Rusiyadan yayımlanan radioproqramların retranslyasiyası ilə məşğuldur. Şuranın qənaətinə görə, onun bu fəaliyyəti Azərbaycan dinləyicisinin maraqlarını tam əks etdirmir. “Aygün” TV-nin verilişlərinin məzmunu və keyfiyyəti ilə bağlı müəyyən narazılıqlar var.
Bu problemlər aradan qaldırıldıqca, televiziya və radio yayımçılarına lisenziya veriləcək və ya onların lisenziyasının müddəti uzadılacaqdır.