TELEVİZİYA ŞİRKƏTLƏRİNƏ XƏBƏRDARLIQ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, martın 25-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda fevral və mart aylarında aparılmış monitorinqin nəticələri müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, son vaxtlar ayrı-ayrı teleradio yayımçılarının dövlət dilindən istifadə, habelə istehsal məhsullarının həcminin artırılması sahəsindəki fəaliyyətində müəyyən irəliləyiş vardır. Bununla belə, iclasda reklam yayımı sahəsində yayımçılar tərəfindən müəyyən qanun pozuntularına yol verildiyi də bildirilmişdir. ATV, ANS, SPACE və Lider televiziya şirkətlərinin reklam yayımı sahəsindəki fəaliyyətində “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.4 (reklam blokları arasındakı zaman kəsiyi 20 dəqiqədən az olmamalıdır), 35.5 (bədii və televiziya filmləri 45 dəqiqədən çox davam edərsə, yalnız 45 dəqiqədən sonra reklamla kəsilə bilər). 35.10 (televiziya və radio vasitəsilə spirtli içkilərin və tütün məmulatının reklamına yol verilmir) və 36.5 (xəbərlər buraxılışı və siyasi informasiya proqramları sponsorların maliyyə köməyi ilə hazırlana bilməz) maddələrinin tələblərinin pozulduğu qeyd olunmuşdur.
Şura üzvlərinin yekdil qərarı ilə reklam fəaliyyətində yol verdikləri qanun pozuntularına görə ATV, ANS, SPACE və Lider televiziyalarına xəbərdarlıq edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]