TƏLİM KURSLARI KEÇİRİLMİŞDİR
Təlimə mülkiyyət formalarından asılı olmayaraq rayonda fəaliyyət göstərən bir çox xidmətlər - təsərrüfat obyektləri, müəssisə və təşkilatlar cəlb olunmuşdur.
Rayon mülki müdafiə qərargahının rəisi İzzət Hüseynov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, təlimin sonunda Tovuzda mülki müdafiə qüvvələrinin fəaliyyətinə baxış keçirilmişdir. Təlimdə rayon təhsil şöbəsinin, qaz istismarı idarəsinin, gigiyena və epidemiologiya mərkəzinin, kommunal xidmətlər idarəsinin daha fəal iştirak etdiyi müəyyən olunmuşdur.