TƏLİM KURSLARI KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası Mülki Müdafiə Qərargahının bu il üçün tədbirlər planına uyğun olaraq, Tovuz rayonunda fövqəladə hadisələrin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin fəaliyyəti mövzusunda təlim kursları keçirilmişdir.
Kurslara mülkiyyət formasından asılı olmayaraq, rayonda fəaliyyət göstərən bir çox müəssisə və təşkilatların mütəxəssisləri cəlb olunmuşdur.
Rayon mülki müdafiə qərargahının rəisi İzzət Hüseynov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, təlimin sonunda Tovuzda mülki müdafiə qüvvələrinin fəaliyyətinə baxış keçirilmişdir.