“Təmiz Şəhər” ASC ötən il 26 məlumat turu təşkil edib
Bakı, 12 yanvar, AZƏRTAC
“Təmiz Şəhər” ASC əhalini məlumatlandırmaq məqsədilə 2014-cü ildə tabeliyindəki zavodlara 26 məlumat turu təşkil edib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən il ümumilikdə 800-dək qonaq Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub.
Məlumat turlarında universitetlərin müəllim və tələbə kollektivləri, QHT-lərin nümayəndələri, jurnalistlər və tullantıların çeşidlənməsi ilə maraqlanan digər şəxslər iştirak ediblər. “Təmiz Şəhər” ASC-in mütəxəssisləri qonaqlara zavodların fəaliyyəti barədə ətraflı məlumat verib, onlara informativ videolar və çap materialları göstərilib. İştirakçılara zavodların işi əyani olaraq nümayiş etdirilib.
ASC ictimaiyyəti maarifləndirmək məqsədilə bu il də məlumat turları təşkil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]