TERROR AKTLARI HAZIRLAMAQDA ŞÜBHƏLİ BİLİNƏN 13 NƏFƏR HƏBS EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Madrid, Kadiks və Valensiya şəhərlərində həbs edilənlərin yaşadıqları mənzillərdə axtarış aparmış polis ərəb dilində çoxlu video və audio kassetlər, mühüm sənədlər tapmışlar. Həbs edilənlərdən doqquz nəfəri əlcəzairli, dörd nəfəri isə mərakeşlidir.
Xatırladaq ki, İspaniyanın terrorizmlə mübarizə polisi ötən həftə terror aktları hazırlamaqda iştirakları güman edilən 18 nəfəri həbs etmişdir.