Terrorizmlə mübarizə aparmaq üçün ilk növbədə təcavüzkar separatizmin kökü kəsilməlidir
Moskva, 19 aprel, AZƏRTAC
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Moskvada keçirilən Avrasiya ölkələri parlament sədrlərinin birinci iclası çərçivəsində rusiyalı jurnalistlərə müsahibə verərək Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsindən danışıb.
Komitə sədri qeyd edib ki, Azərbaycan regionda sülhün və əmin-amanlığın tərəfdarıdır. Dağlıq Qarabağda əsrlər boyu azərbaycanlılar yaşayıb. İndiki Ermənistan dövləti də Azərbaycan ərazilərində yaradılıb. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç zaman imkan verməyəcək.
Əli Hüseynli vurğulayıb ki, Moskvada keçirilən müşavirədə terrorizmə qarşı mübarizənin vacibliyindən danışılıb. Terrorizmin əsas törədicilərindən biri təcavüzkar separatizmdir: “Əgər biz terrorizmlə mübarizə aparmaq istəyiriksə, ilk növbədə, təcavüzkar separatizmin kökünü kəsməliyik. Azərbaycan nümayəndə heyəti müşavirənin yekun Bəyanatına məhz təcavüzkar separatizmlə mübarizə bəndinin daxil edilməsi təklifi ilə çıxış edib”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]