Tərtərdə arpa biçini başa çatıb - məhsuldarlıq ötən illə müqayisədə yüksəkdir
Tərtər, 29 iyun, AZƏRTAC
Tərtər rayonunun təsərrüfatlarında taxıl biçini mütəşəkkil davam etdirilir.
Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il 8800,2 hektar sahədə taxıl becərilib. Onun 5295 hektarı buğda, 3505,2 hektarı dən üçün arpadır. Bu günədək taxılçılar 7854,9 hektar sahədə biçin aparıblar. Zəmilərdən 31 min 772,8 ton məhsul əldə edilib. Hər hektardan orta məhsuldarlıq 40,4 sentnerdir.
Artıq arpa biçini başa çatıb. 3505,2 hektar arpa sahəsindən 13 min 268,6 ton məhsul yığılıb. Hər hektardan orta məhsuldarlıq 2020-ci ilə nisbətən 1,7 sentner artaraq 37,9 sentner təşkil edib. Bu günədək buğda sahələrinin 82,1 faizi, yəni 4349,7 hektarı biçilib. Həmin sahələrdən 18 min 504,2 ton məhsul götürülüb. Hər hektardan orta məhsuldarlıq 42,5 sentnerdir. Buğda biçini davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]