Tərtərdə indiyədək 6245,9 ton xurma istehsal olunub
Tərtər, 4 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunun xurma bağlarında məhsul yığımı davam edir.
Tərtər rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonda 489,4 hektar xurma bağı var. Bu bağların 418,8 hektarı barverəndir. Bu il 6,2 hektar yeni xurma bağları salınıb. İndiyədək rayonun xurma bağlarından 6245,9 ton məhsul toplanılıb. Hər hektarda orta məhsuldarlıq ötən ilə nisbətən 0,7 sentner artaraq 149,1 sentner olub.
Qeyd edək ki, xurma orqanizm üçün faydalılığı ilə seçilən meyvədir. Onun tərkibində şəkər, protein, yağlar, C vitamini və aşı maddəsi var. Xalq təbabətində xurma müxtəlif mədə xəstəliklərinin sağaldılmasında tətbiq edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:22]
Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO
- 01.10.2026 [19:12]
Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir
- 01.10.2026 [18:41]
Cəlilabadda fərdi yaşayış evində yanğın olub
- 01.10.2026 [17:54]
Ali Məclisin deputatının mandatı ləğv edilib
- 01.10.2026 [17:11]