Tərtərdə məcburi köçkünlərin məskunlaşdıqları çoxmənzilli yaşayış binalarında növbəti dezinfeksiya işləri aparılıb
Tərtər, 3 aprel, AZƏRTAC
Əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Tərtər rayonunda sanitar-dezinfeksiya tədbirləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər qrafikə əsasən həyata keçirilir. Tədbirlər planına uyğun olaraq, növbəti dezinfeksiya işləri məcburi köçkünlərin məskunlaşdıqları Şıxarx qəsəbəsi ərazisindəki çoxmənzilli yaşayış binalarında aparılıb.