Tərtərdə toy məclisi təşkil edən şəxslər müəyyən olunub
Tərtər, 18 mart, AZƏRTAC
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Cəmilli kənd sakini Firdovsi Rüstəmovun yaşadığı evdə qonaqların iştirakı ilə övladı üçün yığcam toy məclisi təşkil etmək istədiyi müəyyən olunub. Polis əməkdaşları F.Rüstəmovla profilaktiki səpkidə söhbətlər aparıb, ona xəbərdarlıq edib, məclisin keçirilməsi isə dayandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:29]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:01]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [18:07]
Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar
- 07.10.2026 [18:01]
Sabah Masallının 5 kəndində qaz olmayacaq
- 07.10.2026 [17:36]
Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib
- 07.10.2026 [16:24]
Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb
- 07.10.2026 [15:58]