Tərtərdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə konsert
Tərtər, 8 may, AZƏRTAC
Tərtər şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə konsert proqramı təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev adına parkda açıq yay klubunda keçirilən konsertdə rayon sakinləri rəngarəng musiqi nömrələrini dinləyiblər. Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idarə, təşkilat və müəssisələrin kollektivlərinin, gənclərin, şəhid ailələrinin, qazilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən konsert proqramı maraqla qarşılanıb.
Müxbir – Tahir Ağaməmmədov