Tərtərli gənclər pandemiyaya qarşı mübarizə tədbirlərinə dəstək verirlər
Tərtər, 30 may, AZƏRTAC
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) başlatdığı “Bir-birimizi qoruyaq” kampaniyası çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin “Gənc könüllüləri” cəmiyyətimizin sağlamlığı naminə fəaliyyəti davam etdirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kampaniya çərçivəsində gənclər Tərtər şəhərinin mərkəzi küçələrində vətəndaşlar arasında maarifləndirmə işləri aparıb, əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək və maska paylayıblar.
“Bir-birimizi qoruyaq” kampaniyası karantin rejiminin yumşaldılması ilə əlaqədər vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə ictimai maarifləndirmənin aparılması, cəmiyyətimizin sağlamlığının qorunması məqsədi daşıyır.