Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təşkilatlanmaq - Doğma torpaqlara qayıdışı şərtləndirən əsas amillərdən biri

Təşkilatlanmaq - Doğma torpaqlara qayıdışı şərtləndirən əsas amillərdən biri

Bakı, 19 iyul, AZƏRTAC

Bir neçə gün əvvəl Qərbi Azərbaycan İcmasının Amasiya rayon təşkilatının geniş tərkibdə yığıncağı keçirildi. Yığıncaqda çıxış edən Amasiya təşkilatının rəhbəri, akademik Abel Məhərrəmov və Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin taleyüklü bu məsələ ilə bağlı müəyyənləşdirdikləri strateji xətt, İcmanın qarşısında duran vəzifələr barədə ətraflı məruzələr etdilər. Həm məruzəçilər, həm də çıxış edənlər Qərbi Azərbaycan torpaqlarına onun əsl sahiblərinin qayıdacaqlarına böyük inamlarını dilə gətirdilər.

Tədbirdə Amasiya rayonu üzrə kənd icmalarının və idarə heyətinin tərkibi seçildi. Bütün təşkilati işlər başa çatdırıldı və sonda toplantı iştirakçıları belə bir yekdil fikir ifadə etdilər: təşkilatlanmaq və bir daha təşkilatlanmaq lazımdır. Mən də bu qeydlərimdə məhz həmin çağırışdan irəli gələn vəzifələrin icrası ilə bağlı bəzi mülahizələrimi bölüşmək istəyirəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycan İcması Amasiya təşkilatı idarə heyətinin üzvü, araşdırmaçı jurnalist Səyyad Ağbabalı söyləyib.

“Biz dövri-qədimdən Qərbi Azərbaycan türk-oğuz yurdunun necə və kimlərin köməyi ilə erməniləşdirildiyinin tarixini lazımınca öyrənmədən əcdadlarımızın miras qoyub getdiyi həmin torpaqların hansı yollarla əsl sahiblərinə qaytarmağın pozulan dünya nizamının indiki zamanında hansı prinsip və şərtlər daxilində mümkünlüyünü müəyyənləşdirməkdə çətinlik çəkərik”, - deyən S.Ağbabalı bildirib: “Acı həqiqət ondan ibarətdir ki, zaman-zaman nəsillərin gözləri önündə Qərbi Azərbaycanda mədəni-dini-tarixi abidələrimiz erməni vandalları tərəfindən dağıdılıb, Azərbaycan torpaqları hesabına yaradılan Ermənistanda qədim yurd yerlərimizin adları dəyişdirilib, murdar daşnak ayaqları evimizin içinə qədər uzanıb, çar və sovet Rusiyasının, habelə sovet hökumətinin bilavasitə dəstəyi ilə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara qarşı dəfələrlə soyqırımı siyasəti həyata keçirilib, biz isə susmuşuq və ya susdurulmuşuq. Ya zəlzələdən, ya vəlvələdən. Repressiya maşınına və türk qanına susamış erməni terroruna qarşı lazımınca dirəniş göstərməmişik. Sanki qondarma “sovet beynəlmiləlçiliyi” havası elə bizim üçün bəstələnibmiş. Tam tərsi - Qərbi azərbaycanlılar tarixi torpaqlarında erməni despotizmi tərəfindən əzildikcə elə həmin ermənilərin qohum-əqrəbaları, doğmaları, daşnak tör-töküntüləri Azərbaycanda çox yaxşı rahatlıq tapıb, daha çox irəli gedib, daha çox kürsüyə yiyələnib və məqamı gələndə Qarabağla bağlı qanunsuz ərazi iddiaları üçün daha çox zəmin yaratmışlar. Bəs, bütün bunlar niyə baş verib?

Tarix üçün çox da uzun olmayan bir zaman kəsiyi ərzində (1918-1969-cu illər) Azərbaycana rəhbərlik edənlərin yürütdükləri qeyri-milli, həm də anti-Azərbaycan siyasətinin, hakimiyyət strukturlarına əsasən qeyri-azərbaycanlıların, həm də Azərbaycan xalqına düşmən kəsilənlərin (xüsusilə də ermənilərin - S.A.) daraşması, erməni şovinizminin əlindən tutub Kremlin otaqlarını gəzdirənlərin bütün tapşırıqlarına “bəçeşm” - deyə riayət edənlərin prinsipsizliyi nəticəsində, yəni Azərbaycan xalqına, onun dövlətinə canı-qanı ilə bağlı olan, respublikanın ərazi bütövlüyünü qorumaq üçün nəinki canını qurban verməyə hazır olan, heç kreslosunu belə itirməyə razı olan lider olmayıb. Ulu Öndər hakimiyyətə gələnə qədər ayrı-ayrı vaxtlarda ermənilər Azərbaycan torpaqlarının müəyyən hissəsini bu və ya digər yollarla qopararaq erməniləşdiriblər.

Ümummilli Liderin respublika rəhbərliyinə gəlişindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul olunur. Onun yürütdüyü siyasət milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlməsinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsinə istiqamətlənmişdi. Milli kadrların hazırlanması, milli dilin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların mütləq əksəriyyətinin azərbaycanlı olmasına xüsusi diqqət yetirilmişdir. Ulu Öndərin xalqımızın önündə, Azərbaycan tarixi qarşısındakı xidmətlərindən biri də torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu zamanlar xalqa, Vətənə, dövlətə sədaqət nümunəsi kimi, sözün əsl mənasında, çarpışmasıdır.

Tarixi Qərbi Azərbaycan torpaqlarının, o cümlədən də Azərbaycan SSR-in ərazisindən nə vaxt, nə qədər, hansı ərazilərin ermənilərə verilməsi (və ya ermənilərin zəbt etməsi - S.A.) bu yazının mövzusu deyil. Bu faktlar həm Azərbaycanda, həm Ermənistanda, həm də Moskva arxivlərində mövcuddur.

Hər kəs aydın dərk etməlidir ki, indi söhbət tarixi faktları və reallıqları öyrənməkdən və ötürməkdən getmir. Söhbət bu və ya digər səbəblərdən itirilmiş torpaqların geri qaytarılması uğrunda aparılmalı olan mübarizədən, Qərbi Azərbaycana qayıdış arzularının reallığa çevrilməsindən gedir. Ulu Öndər deyirdi: “Mən hesab edirəm ki, əldən gedən torpaqlar nə vaxtsa qayıtmalıdır. Azərbaycanın tarixi torpaqları qayıtmalıdır. Biz də qaytara bilməsək, gələcək nəsillər onları qaytarmalıdır”.

Bir daha vurğulamaq istəyirəm ki, vətən, torpaq namusu çəkən hər kəs bu fikirdədir ki, Qərbi Azərbaycana qayıdış da indi baş verməlidir, itirilmiş torpaqların davası da indi aparılmalıdır. Niyə? Çünki Ulu Öndərin bu məsələ ilə bağlı müəyyənləşdirdiyi strateji siyasi xətti müasir dövrün çağırışlarına uyğun və onu çox qətiyyətlə yerinə yetirən İlham Əliyev kimi Prezidentimiz, Müzəffər Ali Baş Komandamız var. O, aydın yol xəritəsi hazırlayıb, məqsədə çatmağın yollarını göstərib, bütün təzyiqlərə baxmayaraq (olsun böyük dövlətlər və ya nüfuzlu beynəlxalq təşkilatlar - S.A.), yenilməz sərkərdəlik qabiliyyəti nümayiş etdirir. Dəmir məntiqi ilə ən qatı daşnağı da, o daşnağın havadarlarını da yerdən-yerə vurur. Azərbaycan Liderinin yumruğunu sıxaraq Avropanın göbəyində erməni baş nazirinin sərsəm bəyanatına qarşı “Qarabağ Azərbaycandır və nida!” fikrini səsləndirməsi zamanı ortalığa sanki “su ələndiyi” səhnəsini xatırlayırsınızmı?

Bəs “Armenia”-“Armenia”, “Yerevan”-“Yerevan” - deyib saxta tarix düzəldənlərə necə cavab verdi? O dedi: “Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır. İrəvan bizim tarixi şəhərimizdir. Göstərin görək İrəvanının tarixi mərkəzi haradır? Haradır İrəvanın tarixi mərkəzi? Əgər deyirsiniz ki, guya bu, dünyanın ən qədim şəhəridir, haradadır bunun tarixi mərkəzi? Bəs, necə ola bilər ki, İrəvanda tarixi mərkəz yoxdur? Qoy bu sadə suala cavab versinlər. Cavab da gün kimi aydındır. Ona görə ki, bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi. Hansını ki, onlar dağıdıblar. Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb”.

Gəlin açıq etiraf edək ki, elə Qərbi azərbaycanlıların böyük əksəriyyəti belə Prezident İlham Əliyevin “Tarixi torpaqlarımızı, yurd yerlərimizi öz doğma adları ilə çağırın” səslənişinə qədər “Masis”, “Yerevan”, “Vardenis”, “Krasnoselsk”, “Kalinino” və sair kimi qondarma adları dilə gətirirdilər. Məhz Azərbaycan Lideri az qala böyüklərin əlindən tutub barmaqlarını tarixi adların üzərinə qoydu, bizi silkələdi, ayıltdı. İndi silkələnib ayılmış başların hədəfə doğru yorulmadan, qorxub-çəkinmədən qətiyyətlə mübarizəyə başlaması vaxtıdır. Bunun üçün isə təşkilatlanmaq lazımdır, bəli təşkilatlanmaq. Təbii ki, tarixi təxminən 300 (üç yüz) ilə dayanan erməni diasporu ilə mübarizə aparmaq asan olmayacaq. Ancaq onu həqiqətin və inamın, vətən sevgisinin, vətənə qayıdışın gücü ilə yerində oturtmaq mümkündür və mümkün olacaq. Bəzən biz “kaftar bir ifritə divi” həddindən çox şişirdir və məğlubedilməz hesab edirik. Amma “çaqqalların ağalığı qurd ayağa qalxana qədərdir” zərb-məsəli 44 (qırx dörd) günlük Vətən müharibəsində öz təsdiqini bir daha tapdı.

Biz təşkilatlanıb nə edə bilərik? Amasiya icmasının timsalında bir neçə mülahizəyə diqqət çəkmək istəyirəm. Təbii ki, mətbuat üçün məqbul hesab edilənlərə. 1988-1989-cu illərdə Ağbabadan deportasiya edilənlərin sayı aşağı yuxarı 22.000 (iyirmi iki min) nəfər olub. Ötən 35 ildə təbii artımı nəzərə alsaq, hazırda Azərbaycanda və xarici ölkələrdə kökü Ağbabaya gedib çıxan 80-100 min insan var. Onların arasında akademiklər, sanballı tədqiqatçı alimlər, etnoqraflar, tarixçilər, beynəlxalq aləmdə tanınan həkimlər və hüquqşünaslar, iş adamları və digər peşə sahibləri var. Ağbaba icmanın fəaliyyət nüvəsini məhz onlar təşkil etməlidirlər.

Zaman dəyişib. İndi rəqəmsal informasiyalar dövrüdür. Sosial media seqmentlərinin həlledici rolunu isə unutmaq olmaz. Qərbi Azərbaycan naminə, itirilmiş torpaqların namus və şərəfi üçün ciddi surətdə təşkilatlanmalı, bir daha təşkilatlanmalı və yenə də təşkilatlanmalıyıq.

P.S. Yuxarıda qeyd etdim ki, “kaftar divi çox da qorxunc, heybətli, məğlubedilməz hesab etməyin”. Niyəsini də dedim. İndi başqa bir məqama toxunmaq istəyirəm. Təsəvvür edir ki, yalnız Ağbabadan deportasiya edilən 22.000 nəfər hər gün bu kaftarın bədəninə ağrını hiss edəcək dərəcədə biz batırır. Nə baş verər? Bəs, 1 milyon Qərbi azərbaycanlı birdən biz batırsa, divin əhvalı necə olar?

P.P.S. Hərdən gözlərimi qapayıb uzaqlara baxıram. Görürəm ki, yüz minlərlə Qərbi azərbaycanlı əllərində “Biz evimizə dönürük!”, “Biz doğma torpaqlarımıza qayıdırıq!” şüarları ilə Ermənistan sərhədinə dirəniblər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Qazaxıstan və Çin Trans-Xəzər marşrutu ilə bağlı 200 milyon dollarlıq investisiya fondu yarada bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Şəhid övladları Milli Məclisdə olublar

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycan idmançısı IMMAF Dünya Çempionatında ilk qələbəsini qazanıb

Vəkillər daha 70-ə yaxın vətəndaşa hüquqi yardım göstəriblər

Nazirlik: 70-dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

SOCAR istiqrazlarının 2-ci buraxılışı üzrə son faiz ödənişi edilib

Kreml Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakını məqsədəuyğun hesab edir

Yasamalda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Elm və təhsil naziri Ağstafada vətəndaşları dinləyəcək – qeydiyyat başlanıb