TEXNİKİ PEŞƏ TƏHSİLİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ ÜZRƏ LAYİHƏ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLƏCƏKDİR
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin sonunda “Texniki peşə təhsili sahəsində Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında regionlararası əməkdaşlıq” üzrə 3 illik layihə başa çatacaqdır. Bununla əlaqədar Alman Texniki Əməkdaşlıq Cəmiyyətinin xətti ilə oktyabrın 2-dən 6-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində yekun seminar keçirilməsi nəzərdə tutulmuşdur.
Seminarda peşə təhsili müəssisələrinin ixtisas müəllimləri və istehsalat təlimi ustalarının ixtisaslarının artırılması barədə görülən işə yekun vurulacaq, gələcəkdə regionlararası əməkdaşlığın davam etdirilməsi barədə təkliflər müzakirə ediləcəkdir.
Sonda layihə iştirakçılarına sertifikatlar veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]