TEXNİKİ TƏDBİRLƏR SƏMƏRƏ VERİR
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a verilən məlumata görə, “Azneft” İstehsalat Birliyinin tabeliyində olan neft və qazçıxarma idarələri tərəfindən İstismarda olan yataqlarda layların neftvermə əmsalının artırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. “Günəşli”, “Neft Daşları”, “Balaxanı-Sabunçu-Ramana”, “Bibiheybət”, “Suraxanı” və “Buzovna-Maştağa” yataqlarında 152 suvurma quyusu vasitəsilə laylara 2 milyon 139,2 min kubmetr su vurulmuş və bu prosesin təsirinə məruz qalmış 581 quyudan 103 min 427 ton əlavə neft çıxarılmışdır. Bununla yanaşı, mikrobioloji, laydaxili yanma, səthi aktiv maddələrin vurulması və s. müasir üsulların tətbiqi də neftçıxarmada səmərəliliyin artırılması üçün geniş imkanlar yaratmışdır. Belə ki, tətbiq olunmuş fiziki-kimyəvi proseslərin təsirinə məruz qalmış 260 quyudan 20 min 767 ton əlavə neft hasil edilmişdir. Bu il ilk dəfə olaraq daha bir yeni təsir üsulu - “Balaxanı-Sabunçu-Ramana” yatağında 22099 nömrəli suvurma quyusu vasitəsilə dizel qələvi tullantısı ilə natriumhidrokarbonat kimyəvi maddəsinin lay suyunda qarışığının məhsuldar qatın 6-cı horizontuna vurulması uğurla sınaqdan keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]