TEXNİKİ UNİVERSİTETDƏ XOCALI FACİƏSİ ANILMIŞDIR
Bakı, 25 fevral ( AzərTac). Azərbaycan Texniki Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Universitetin rektoru, professor Havar Məmmədov təpədən-dırnağadək silahlanmış erməni quldurlarının 17 il əvvəl Xocalıda törətdikləri qırğınlardan danışmışdır. Tökülən günahsız qanların yerdə qalmayacağını diqqətə çatdıran natiq, gəncləri Vətən yolunda həmişə mərd və mübariz olmağa çağırmışdır.
Digər çıxış edənlər də Xocalıda dinc əhaliyə amansız divan tutulmasından söz açaraq vurğulamışlar ki, keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə həyata keçirilən bu soyqırımı, erməni qəsbkarlarının misli görünməmiş vəhşilik aktı təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi XX əsrin tarixinə düşmüşdür. Natiqlər haqq və ədalətin gec-tez qalib gələcəyini söyləmiş, gəncləri tariximizin bu qanlı səhifəsini unutmamağa çağırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]