Texniki Universitetin müəllimləri beynəlxalq konfransda çıxış ediblər
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının əməkdaşları, professor Bayram İbrahimov və dosent Mehman Həsənov Moskva Rabitə və İnformatika Texniki Universitetində onlayn formatda keçirilən ikigünlük beynəlxalq (IEEE Advancing Technology for Humanity & IEEE Conference # 51389) konfransda iştirak edib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, universitetin müəllimləri “2021 Bort rabitəsi sahəsində siqnalların formalaşdırılması və emalı sistemləri” adlı beynəlxalq konfransın “Naqilli və optik rabitə və nəzarət sistemləri ” bölməsində məruzə ilə çıxış ediblər. Professor Bayram İbrahimov “Spektral texnologiyaları bazasında optik rabitə şəbəkələrinin buraxma qabiliyyətinin yüksəldilməsi üsullarının tədqiqi”, dosent Mehman Həsənov isə “WDM və DWDM texnologiyaları bazasında optik-lifli rabitə xətlərinin göstəricilərinin tədqiqi” mövzusunda çıxış ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]
ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
- 10.06.2026 [17:02]