Azərbaycan Dövlət İnformasiya Agentliyi

“The Washington Times” qəzeti ABŞ-Azərbaycan münasibətlərinə həsr olunan konfrans keçirib VİDEO

Vaşinqton, 4 fevral, AZƏRTAC

“The Washington Times” qəzetinin təşkilatçılığı ilə fevralın 3-də Vaşinqtonda, ABŞ Konqresinə məxsus Kapitol Hil Klubunda “Xəzər dənizi hövzəsində geosiyasət: ABŞ-Azərbaycan müttəfiqliyi nə üçün əhəmiyyətlidir?” mövzusunda konfrans keçirilib.

Qəzetin redaktoru Con Solomonun moderatorluq etdiyi tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Asim Mollazadə məruzə ilə çıxış ediblər.

Əvvəlcə “The Washington Times”ın idarə heyətinin sədri Lari Bizli çıxış edərək Azərbaycan haqqında məlumat verib, ölkə iqtisadiyyatının inkişafı, əhalinin orta təbəqəsinin genişlənməsi, respublikanın regionda və dünyada mühüm mövqeyə malik olması barədə fikirlərini səsləndirib.

Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe, üzləşdiyi təhdidlər, müstəqillik illərində qazandığı nailiyyətlər barədə söhbət açan Con Solomon təmsil etdiyi qəzetin yanvarın 29-da ölkəmiz haqqında hazırladığı xüsusi buraxılışda əksini tapmış vacib məqamlara toxunub.

Səfir Elin Süleymanov ABŞ-Azərbaycan münasibətləri barədə danışarkən, ötən 20 il ərzində ikitərəfli əlaqələrin inkişaf etdiyini bildirib, Bakı-Tbilisi-Ceyhan kimi mühüm enerji layihəsinin xüsusilə qarşılıqlı əməkdaşlıq və ABŞ-ın ciddi dəstəyi sayəsində reallaşdığını vurğulayıb. Səfir bu layihə nəticəsində regionda böyük dəyişikliklərin baş verdiyini bildirib. O, iki ölkənin əməkdaşlığının enerji sektoru ilə məhdudlaşmayaraq daha geniş sahələri əhatə etdiyini söyləyib və bu kontekstdə Azərbaycan Hava Yolları və “Boeing” şirkəti arasındakı tərəfdaşlığı və ABŞ istehsalı olan ilk Azərbaycan peykinin orbitə çıxarılmasını misal göstərib.

E.Süleymanov Azərbaycan xalqının çox mürəkkəb bir geosiyasi məkanda müasir, dünyəvi və firavan bir dövlət qurduğunu və bu dövlətin ABŞ-ın müttəfiqi olduğunu bildirib. Bu kontekstdə səfir ABŞ-ın regiondakı müttəfiqlərinə münasibətdə strateji mövqedən yanaşmasının vacibliyini qeyd edib.

Səfir ölkəmizin üzləşdiyi problemlərin önündə Azərbaycan ərazisinin bir qisminin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının dayandığını xatırladaraq, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında göstərdiyi səyləri təqdir etməklə yanaşı, Azərbaycan xalqının təbii olaraq, konkret nəticələr gözlədiyini söyləyib. Ata-baba torpaqlarından zorla çıxarılmış bir milyondan çox qaçqın və məcburi köçkünün acı taleyindən bəhs edən E.Süleymanov Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa qayğısı sayəsində onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işləri xüsusi vurğulayıb.

Konfransda çıxış edən Səməd Seyidov Azərbaycan üçün beynəlxalq münasibətlərin xüsusi əhəmiyyət daşıdığını deyərək ölkəmizin xarici siyasətinin kökündə hər kəslə dostcasına əlaqələr qurmaq məqsədinin dayandığını diqqətə çatdırıb. ABŞ ilə münasibətlərin önəmini vurğulayan S.Seyidov ümummilli lider Heydər Əliyev və Birləşmiş Ştatların sabiq Prezidenti Bil Klintonun 1999-cu ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı müqaviləyə atdıqları imzaların bütün Cənubi Qafqaz regionunun gələcək tarixini dəyişdiyini qeyd edib. Enerji sahəsində əməkdaşlığın “Cənub” qaz dəhlizinin yaradılması üzrə davam etdirildiyini bildirən Milli Məclisin komitə sədri Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni vurğulayıb.

Səməd Seyidov ABŞ-Azərbaycan münasibətlərinin regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını bildirib, lakin eyni zamanda bəzi hallarda bu münasibətləri məhdud miqyaslı problemlərin girovuna çevirmək cəhdlərinin mövcud olduğunu deyib. Bu mənada bir çox hallarda insan haqları ilə bağlı iddialardan Azərbaycanın Avropa və ABŞ ilə daha sıx münasibətlər qurmaq cəhdlərinin əleyhinə istifadə edildiyini söyləyib.

Parlamentin komitə sədri hazırda İslam dininin müasir dünya ilə uzlaşması ilə bağlı qaldırılan suallara Azərbaycanın tutarlı cavablar təqdim etdiyini söyləyib. O, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvü olaraq insan hüquqları və demokratiya kimi dəyərləri bölüşdüyünü, qadınların cəmiyyətdə önəmli yerlərə sahib olduqlarını və ölkədə dini tolerantlığın hökm sürdüyünü diqqətə çatdırıb.

Milli Məclisin deputatı Asim Mollazadə ABŞ-Azərbaycan münasibətlərinin möhkəm əsaslar üzərində dayandığını qeyd edərək, iki ölkə arasında təhlükəsizlik sahəsində aparılan əməkdaşlıqdan söz açıb. O, Azərbaycan hərbiçilərinin müxtəlif vaxtlarda beynəlxalq koalisiyaların tərkibində Kosovo, İraq və Əfqanıstanda xidmət etdiklərini və bu gün də əsgərlərimizin Əfqanıstanda sülhün və sabitliyin qorunmasında iştirak etdiklərini diqqətə çatdırıb. Deputat Əfqanıstanın sosial-iqtisadi baxımdan dirçəlməsinə yönəlmiş fəaliyyətlərə Azərbaycanın verdiyi töhfələri də qeyd edib. O, həmçinin Əfqanıstandakı beynəlmiləl qüvvələr üçün hava daşımalarında Azərbaycanın rolunu vurğulayıb.

Terrorçuluğun yalnız güc hesabına aradan qaldırılmasının mümkünsüzlüyünü bildirən Asim Mollazadə bu sahədə maarifləndirmə işinin böyük önəm daşıdığını söyləyib. Azərbaycandakı müxtəlif dinlərin təmsilçiləri arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslandığını bildirən deputat bu mənada ölkəmizin bir model olduğunu vurğulayıb.

A.Mollazadə Avrasiya regionunda cərəyan edən hadisələrə də münasibətini bildirib, Azərbaycan-İsrail əlaqələrinin inkişafından söz açıb, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu daxil olmaqla regional nəqliyyat şəbəkəsinin təsis edilməsi üçün aparılan fəaliyyətləri diqqətə çatdırıb.

Sonra konfrans iştirakçılarının sualları cavablandırılıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

“The Washington Times” qəzeti ABŞ-Azərbaycan münasibətlərinə həsr olunan konfrans keçirib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO