Tibbi tullantıların təhlükəsiz idarə edilməsi ilə bağlı maarifləndirmə aparılır
Bakı, 29 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin(ETSN) regional idarələrinin əməkdaşları tərəfindən növbəti maarifləndirici görüşlər Ağcabədi və Qəbələdə yerləşən tibb müəssisələrində keçirilib.
Bu barədə AZƏRTAC-a ETSN-dən bildirilib.
Qeyd olunub ki, Ağcabədi şəhəri ərazisində fəaliyyət göstərən "Med City Regional Clinic"də və Qəbələ rayon Gigiyena və Epidemiologiya mərkəzində keçirilən görüşlər zamanı iştirakçılarla tibbi tullantıların idarəolunmasında mövcud problemlər və onların həlli yolları mövzusunda müzakirələr aparılıb, təhlükəlilik dərəcəsinə uyğun tullantıların zərərsizləşdirilməsi üsulları haqqında məlumat verilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən görüşlərin məqsədi tibbi tullantıların yaratdığı risklərə diqqət çəkmək, bu sahədə hüquqi və ekoloji öhdəliklər barədə ictimaiyyəti məlumatlandırmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]