“Time”: Sena çayı Olimpiada zamanı çimmək üçün yararsızdır
Bakı, 26 iyul, AZƏRTAC
Parisdə Sena çayının suyunda olan bakteriyalar mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Time” qəzeti yazıb.
Bakteriyaların səbəb olduğu ən çox rast gəlinən simptomlardan bəziləri ishal, qarın ağrılar, qusma və ürəkbulanmadır. Bundan əlavə, mütəxəssislər suda sənaye tullantılarının ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Qəzetin yazdığına görə, Olimpiya Oyunları başlamazdan hakimiyyət Sena çayının təmizlənməsinə cəhd göstərsə də suda bakteriya səviyyəsi təhlükəli həddədir. Paris səlahiyyətlilərinin dərc etdiyi həftəlik hesabatlara görə, iyunun 24-dən iyulun 2-dək Sena çayının suyu doqquz günün altısında çimmək üçün yararlı olub. Hazırda çayın Olimpiyada zamanı çimmək üçün yararlı olub-olmayacağı bəlli deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]