Tommi Coys: ABŞ Azərbaycanın enerji tərəfdaşı kimi rolunun artmasını görməkdən məmnundur
Vaşinqton, 29 may, AZƏRTAC
Birləşmiş Ştatlar Azərbaycanla əlaqələrimizi çox yüksək qiymətləndirir.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Enerji katibinin Beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifəsini icra edən Tommi Coys Vaşinqtonda 28 May - Müstəqillik Gününə və 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı deyib.
O bildirib ki, ABŞ-Azərbaycan münasibətləri enerjinin uzunmüddətli faydalarını təmin üçün ən böyük potensiala malikdir. “Birləşmiş Ştatlar Azərbaycanın həm bizim, həm də dünyanın enerji tərəfdaşı kimi rolunu artmasını görməkdən məmnundur”, - deyə Enerji Departamenti rəsmisi əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]