Topaz Premyer Liqası: “Qəbələ” klubu səfərdə “Sumqayıt”ı minimal hesabla məğlub edib
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də futbol üzrə Topaz Premyer Liqasının VIII turu çərçivəsində günün ikinci oyununda “Sumqayıt” komandası “Qəbələ” klubu ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Sumqayıtda “Kapital Bank Arena”da keçirilən görüşün ilk hissəsində “Qəbələ” komandası hesabı açıb. Baş hakim Rauf Cabbarovun idarə etdiyi oyunun 29-cu dəqiqəsində Famussa Kone topu qapıdan keçirib.
Qarşılaşmanın ikinci hissəsində Sumqayıt şəhər təmsilçisinin təhlükəli hücumlarına baxmayaraq, oyunda hesabı bərabərləşdirmək mümkün olmayıb.
Beləliklə, görüş “Qəbələ”nin 1:0 hesablı qalibiyyəti ilə başa çatıb və komanda aktivindəki xallarının sayını 16-ya çatdırıb.
Xatırladaq ki, günün ilk oyununda “Zirə” komandası doğma meydanda “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib.
Turun sonuncu matçı oktyabrın 15-də “Səbail” və “Neftçi” komandaları arasında olacaq.
Hazırda turnir cədvəlinə 19 xalla “Qarabağ” liderlik edir. Hesabında 18 xal olan “Zirə” ikinci, “Qəbələ” 16 xalla üçüncü, “Sumqayıt” 10 xalla dördüncü, “İnter” 8 xalla beşinci pillədədir. Turnir cədvəlində sonrakı yerlərdə müvafiq olaraq, “Səbail” (6 xal), “Neftçi” (4 xal) və “Kəpəz” (4 xal) komandaları qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]