Toqolu müdafiəçi: “Qarabağ” üzərində qələbə komandaya yüksək motivasiya verəcək
Bakı, 27 yanvar, AZƏRTAC
“Çox çətin və gərgin oyun keçdi. Əgər rəqibiniz “Qarabağ”dırsa, matçın rahat olmayacağı dəqiqdir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Turan Tovuz”un futbolçusu Emmanuel Hakman Misli Premyer Liqasının XX turunda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
29 yaşlı müdafiəçi əzmkar oynadıqları üçün qələbə qazandıqlarını bildirib: “Futbolda əvvəlcədən hesabın necə olacağını təxmin etmək çətindir. “Qarabağ”la qarşılaşmada şanslar əlli-əlliyə idi. Rəqib yaxşı mübarizə apardı. Top bizdə olduğu zaman nəsə etməyə çalışdıq. Sonlarda isə əlimizə düşən şanslardan maksimum istifadə etdik. Bu qalibiyyət mənə və komanda yoldaşlarıma yüksək motivasiya verəcək”.
Toqolu futbolçu komandada hər şeyin qaydasında olduğunu deyib: “Əskiklər yoxdur. Futbolda hər oyun qalib gəlmək olmur. Bəzən məğlub olursan və ya heç-heçə edirsən. Səhvlərimizə sonradan baxırıq və növbəti matçlarda fərqlilik yaradırıq. Əsas odur ki, inancımızı itirməyək”.
Qeyd edək ki, “Turan Tovuz” Misli Premyer Liqasında 35 xalla 4-cü pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]