TORPAQ SÜRÜŞMƏSİ TƏHLÜKƏSİ ARADAN QALDIRILIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Azərsutikinti” ASC-nin xüsusi briqadası Mingəçevir su anbarının sahilindəki Bozdağ yüksəkliyində və Yuxarı Qarabağ kanalının sahilində baş vermiş torpaq sürüşmələrinin nəticələrini aradan qaldırmaq, təhlükə dərəcəsini azaltmaq üçün irimiqyaslı tədbirlər görür. Bu layihəni İslam İnkişaf Bankı maliyyələşdirir.
Ərazidə çalışan fəhlə, mühəndis və texniklər ağır texnika və mexanizmlərin köməyi ilə torpaq yükünü azaldır, dərə və çuxurları doldurur, sahilbərkitmə işləri aparırlar.