Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Tovuz döyüşlərindən möhtəşəm Zəfərə doğru!” adlı vətənpərvərlik tədbiri keçirilib VİDEO

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Ordusunda Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunmuş anım mərasimləri keçirilir, şəhid məzarları ziyarət olunur, şəhid ailələrinə baş çəkilir və bu döyüşlərin hərb tariximizdə tutduğu yer geniş təbliğ olunur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Tovuz rayonundakı “N” hərbi hissəsində keçirilən “Tovuz döyüşlərindən möhtəşəm Zəfərə doğru!” adlı vətənpərvərlik tədbirində nazirliyin rəsmiləri, hərbi qulluqçular, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Şəmkir rayonlarından dəvət olunan şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.

Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli qəhrəmanları general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizirlər İlqar Zeynallı, Yaşar Babayev, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgərlər Elçin Mustafazadə, Nazim İsmayılov və Xəyyam Daşdəmirovun portretlərinin yer aldığı xatirə lövhələri qarşısında onların hər birinin həyat və döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hərbi Qənimətlər Parkında çıxışı zamanı söylədiyi “Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq” fikirləri səsləndirilib.

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani 2020-ci il iyulun 12-də Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində ölkəmizə qarşı törətdiyi növbəti təxribat barədə danışaraq qeyd edib ki, bu təxribatı törətməkdə Ermənistanın əsas məqsədi Qarabağ mövzusundan diqqəti yayındıraraq regionda yeni bir təhlükə mənbəyi yaratmaq, qardaş Türkiyə ilə birgə həyata keçirdiyimiz TANAP və TAP kimi layihələrimizə mane olmaq üçün yeni ərazilər zəbt edib bu ərazilərdə də nəzarəti ələ keçirmək idi. Lakin odla oynayan düşmən tərəfi dərk etmirdi ki, Azərbaycan Ordusunun bölmələri 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin mayında Günnüt əməliyyatında olduğu kimi bu təxribatın da qarşısını qətiyyətlə alacaq, əks həmlə və qisas əməliyyatı ilə ordumuzun gücünü yenidən göstərərək, onları döyüş meydanında çoxsaylı itkilər verərək geri çəkilməyə məcbur edəcək.

A.Qurbani diqqətə çatdırıb ki, Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun müqayisəedilməz üstünlüyü, hər an düşməni məhv etməyə hazır olması bu dəfə də təsdiqini tapdı. Həmin günlərdə Azərbaycan Prezidenti İlham Əliyev böyük qürur hissi ilə bildirirdi ki, erməni hərbi birləşmələrinin təxribatının qarşısının alınması istiqamətində hərbçilərimizin göstərdiyi şücaət bir qəhrəmanlıq dastanına çevriləcək.

Bu hadisə ordumuzun torpaqlarımızı azad etməyə qadir olduğunu əyani nümayiş etdirdi. Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətini nümayiş etdirə bildi, zabit və əsgərlərimiz özlərinin yüksək döyüş ruhunu və vətənpərvərlik, qələbə əzmində olduqlarını ortaya qoydu.

Qeyd edilib ki, Tovuz döyüşləri Azərbaycanın tezliklə ərazi bütövlüyünü bərpa edəcəyinə, üzləşdiyi təcavüzə birdəfəlik son qoyacağına həm xalqın, həm də ordunun şəxsi heyətinin inamını daha da artırdı. Hər kəs inandı ki, təcavüzkarı hərbi müstəvidə hər an acı məğlubiyyətə düçar etməyə hazır və qadir olan güclü ordumuz vardır.

Tədbirdə vurğulanıb ki, Tovuz döyüşləri zamanı həmişə olduğu kimi, yenə də ilk mənəvi dəstək Türkiyə Respublikasından gəldi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana son təxribatını kəskin şəkildə qınadı. Qardaş ölkənin dövlət başçısı Vətənin müdafiəsində şəhid olan azərbaycanlı qardaşlarına Allahdan rəhmət, yaralılara şəfalar diləyərək öz narahatlığını bildirdi və bəyan etdi ki, Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələrinin olduğu Azərbaycanın haqq və hüququnun müdafiəsi, torpaqlarına qarşı yönələn təhlükənin qarşısının alınmasında tərəddüd etməyəcək. Öz ölkəsində sosial və epidemiya ilə bağlı problemləri həll edə bilməyən bir dövlətin belə hücumlar etməsi, ilk növbədə xalqına qarşı hörmətsizlikdir. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanındayıq və yanında olmağa davam edəcəyik.

Diqqətə çatdırılıb ki, Tovuz döyüşləri zamanı Türkiyə Respublikasının nəinki rəsmilərinin, eləcə də sadə türk vətəndaşlarının Ermənistanın təxribatlarına qarşı etiraz səslərini ucaltmaları, xalqımıza, şəhid ailələrinə səbir, dözüm arzulamaları, Azərbaycan əsgəri ilə bir səngərdə, çiyin-çiyinə düşmənə ağır zərbələr vurmağa hazır olduqlarını bəyan etmələri xalqımızı nə qədər qürurlandırırdısa, Vətən əsgərlərinin döyüş əzmini, vətənpərvərlik və düşmənə nifrət hissini də bir o qədər yüksəldirdi.

Tovuz döyüşləri zamanı 12 say-seçmə hərbi qulluqçumuzu şəhid versək də, bu döyüşlər Azərbaycanın hərbi üstünlüyünün növbəti təsdiqi kimi tarixə yazıldı. Tovuz döyüşləri xalqımızın, eləcə də ordumuzun hər bir əsgər və zabitinin Ali Baş Komandanın ətrafında daha sıx birləşməsinə zəmin yaratdı.

Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, Əməkdar incəsənət xadimi, şair-publisist Barat Vüsal Müdafiə Nazirliyinin təşkilatçılığı ilə respublikamızın qərb bölgəsində də mütəmadi olaraq təşkil edilən vətənpərvərlik tədbirlərinin əhəmiyyətindən, bu tədbirlərin ordu ilə xalqın birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsində oynadığı mühüm roldan danışıb. Tovuz döyüşlərinin ikinci ildönümündə də rəşadətli Azərbaycan Ordusunun qalib əsgərləri, Vətən üçün layiqli övladlar yetirən şəhid valideynləri və müharibə qaziləri ilə bir yerdə olmaqdan qürur duyduğunu qeyd edib.

Şairin şəhidlərin ölməzliyinə, Vətənin bölünməzliyinə, Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharətinə, döyüşçülərimizin şücaət və qəhrəmanlıqlarına həsr etdiyi şeirlər alqışlarla qarşılanıb.

Birinci Qarabağ müharibəsinin qazisi, ehtiyatda olan mayor Mustafa Rasimoğlu ilk zabitlərindən olduğu Azərbaycan Ordusunun Vətən tarixinə şanlı səhifələr yazdığından, hər bir Azərbaycan vətəndaşının öz ordusu ilə fəxr etdiyindən iftixar hissi ilə söhbət açaraq deyib: “Mən xoşbəxt adamam ki, qalib bir ölkənin vətəndaşı, qalib bir ordunun veteranı, Müzəffər Ali Baş Komandanın hər bir əmrinə yenə də hazır olan bir əsgəriyəm”.

M.Rasimoğlunun da söylədiyi vətənpərvərlik şeirləri tədbir iştirakçılarına qürurlu anlar yaşadıb.

İşğaldan azad olunan Kəlbəcər rayonu ərazisində dislokasiya edilən hərbi hissədən gəlmiş polkovnik-leytenant Anar Cavadov Kəlbəcərdə geniş vüsət alan tikinti-quruculuq işlərindən, yeni inşa edilən hərbi şəhərcik və əməliyyat komando hərbi hissələrinin fəaliyyətindən, vaxtilə Tovuz döyüşlərində fərqlənən hərbi qulluqçuların bu gün də Vətənimizin müdafiəsində ayıq-sayıq dayandıqlarından, revanşist qüvvələrin təhriki ilə törədilən hər bir təxribatın qarşısının qətiyyətlə alındığından danışıb.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi musiqi kollektivinin təqdim etdiyi vətənpərvərlik mahnıları, şəhidlərin xatirəsinə həsr edilən elegiyalar və xoreoqrafik kompozisiyalar maraqla qarşılanıb.

Şəhid ailələrinin üzvləri doğmalarının unudulmadığına, Tovuz hadisələrinin yaddan çıxarılmadığına və göstərilən diqqətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ediblər.

Tədbirin sonunda Tovuz döyüşləri zamanı şəhid olan 12 nəfər hərbi qulluqçunun xatirəsinə on iki məşəl alovlandırılıb və əsgərlər bu müqəddəs odu sönməyə qoymayacaqlarına, od-ocağımızı, qanla vətənləşən tarixi torpaqlarımızı bundan sonra da canları və qanları bahasına qoruyacaqlarına, Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olacaqlarına and içiblər.

 

“Tovuz döyüşlərindən möhtəşəm Zəfərə doğru!” adlı vətənpərvərlik tədbiri keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Meşə yanğınları Avropa ölkələrinə 19 milyard avrodan çox iqtisadi zərər vurub

Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb

Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib

Səbaildə obyektdə baş verən yanğınla mübarizə davam etdirilir, vətəndaşlar təxliyə olunublar – YENİLƏNİB VİDEO

Səbaildə obyektdə baş verən yanğınla mübarizə davam etdirilir, vətəndaşlar təxliyə olunublar – YENİLƏNİB VİDEO

Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb

Ucarda 1 tondan çox çətənə kolu məhv edilib

Azərbaycanın gənc qolfçusu beynəlxaq turnirin qalibi olub

“Sinxua”: Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanı nəqliyyat-logistika habına çevirir

Qeyri-peşəkar müdaxilələr avtomobillərdə yanğın təhlükəsi yaradır – Ekspert rəyi

Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq

ADSEA: Su təchizatı şəbəkələrində aparılan təmir işlərini yalnız yay mövsümü ilə əlaqələndirmək düzgün deyil

“Brent” nefti iyulun 13-dən bəri ilk dəfə 83 dollardan yuxarı ticarət edilir

Bu saata olan əsas xəbərlər

Vaşinqton görüşü: Azərbaycan sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi

BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub

Vidadi Rzayev: Qarabağ” son 3 oyunda qol vura bilməsə də, transferləri uğursuz hesab etmirəm

Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib

ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq

Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib

Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib

Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb

Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib