Tovuz rayonunda avtomobil oğurlayan şəxslər tutulublar
Bakı, 12 mart, AZƏRTAC
Tovuz Rayon Polis Şöbəsinə V.Hüseynova məxsus “VAZ-2106” markalı avtomobilin Abulbəyli kəndi ərazisindən qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, avtomobil polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün kəndin ərazisində əzilmiş vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakinləri E.Abbasov və İ.Sadıqov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]