Tovuzda güclü küləyin elektrik enerjisi təchizatında yaratdığı fəsadlar aradan qaldırılıb
Bakı, 10 iyun, AZƏRTAC
Gecə saatlarında Tovuz rayonunun mərkəzi və Qovlar qəsəbəsində güclü küləyin elektrik enerjisi təchizatında yaratdığı fəsadlar “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən aradan qaldırılıb.
Bu barədə AZƏRTAC-a ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Bildirilib ki, hazırda rayonun mərkəzinin, eləcə də bütün qəsəbə və kəndlərinin elektrik enerjisi təchizatı fasiləsiz tam təmin edilir.