Tovuzda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti tapılıb - YENİLƏNİB VİDEO
Tovuz, 16 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda 29 yaşlı arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti tapılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səbuhi Hacızadənin meyiti Tovuzun Əyyublu kəndində istifadəyə yararsız fermanın ərazisində aşkarlanıb.
İlkin məlumata görə, o, intihar edib. Meyit ağacdan asılı halda tapılıb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
13:03
Tovuz rayonunda qətl hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü Hacızadə Mətanət Asif qızı bıçaqlanıb. Qadın hadisə yerində ölüb.
Qətldə M.Hacızadənin həyat yoldaşı, 1993-cü il təvəllüdlü Hacızadə Səbuhi Vidadi oğlu şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.