Tovuzun ucqar dağ kəndlərinə qar yağır VİDEO
Tovuz, 9 aprel, AZƏRTAC
Bu gecədən başlayaraq Tovuzun dağ kəndlərinə qar yağır. Yağıntı əsasən rayonun ucqar dağ kəndləri olan Çeşməli, Sarıtala, Nəmxoş və ətraf yaşayış məntəqələrində müşahidə olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qarın hündürlüyü 10-15 santimetr təşkil edir. Qar yollarda nəqliyyatın hərəkətində və ya kəndlərin kommunal təsərrüfatında problem yaratmayıb.
Yağan qar kənd təsərrüfatına da mənfi təsir etməyib. Əksinə, Tovuz dağlıq ərazi olduğundan burada təbiət bir qədər gec oyandığından yağan qarın da təsərrüfatın bəzi sahələrinə müsbət təsiri var.
Müxbir-Ruslan Novruzoğlu