Tramp: ABŞ-Britaniya ticarət sazişi tam və əhatəlidir
London, 8 may, AZƏRTAC
ABŞ və Birləşmiş Krallıq arasında yeni ticarət sazişinin bu gün açıqlanacağı gözlənilir.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Krallıqla razılaşmanın əldə olunduğunu bildirib. O, bu günün ABŞ və Böyük Britaniya üçün çox böyük və həyəcanverici gün olduğunu vurğulayıb.
Tramp sazişi Bakı vaxtı ilə saat 18:00-da Ağ evdə elan edəcək. Mətbuat konfransından öncə Tramp aşağıdakıları bildirib:
“Birləşmiş Krallıqla əldə olunmuş razılaşma tam və əhatəli bir sazişdir. Bu saziş ABŞ və Birləşmiş Krallıq arasındakı münasibətləri uzun illər ərzində möhkəmləndirəcək. Uzunmüddətli tariximiz və müttəfiqliyimiz nəzərə alınaraq ilk bu sazişi elan etmək bizim üçün böyük şərəfdir”, - deyə o, bildirib.
Hazırda Böyük Britaniyadan ABŞ-a idxal olunan əksər məhsullara 10 faizlik gömrük rüsumu tətbiq olunur. Polad, alüminium və avtomobillər üzrə isə daha yüksək tariflər mövcuddur. Böyük Britaniya da ABŞ məhsullarının bəzilərinə rüsum tətbiq edir.
Yeni sazişin ABŞ və Böyük Britaniya arasında avtomobil idxalına tətbiq olunan tariflərin azaldılmasını, həmçinin ABŞ texnoloji şirkətlərinə tətbiq olunan rəqəmsal satış vergisinin yumşaldılmasını nəzərdə tutduğu bildirilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]