Tramp Maska dəstək üçün yeni “Tesla” avtomobili alacaq
Bakı, 11 mart, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İlon Maska dəstək olmaq üçün yeni “Tesla” avtomobili alacaq.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı bu barədə özünün sosial media hesabında bildirib.
“İlon Maska dəstək olaraq yeni “Tesla” avtomobili alacağam. Amerikanı yenidən möhtəşəm etmək üçün öz bacarıqlarından istifadə edən şəxs nə üçün cəzalandırılmalıdır?”, - deyə Donald Tramp yazıb.
Qeyd edək ki, İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) fəaliyyəti ABŞ-da “Tesla” şirkətinə qarşı etirazlara səbəb olub. Martın 10-da şirkətin səhmləri xeyli ucuzlaşıb və Mask bir gündə 29 milyard dollar itirib.
Eyni zamanda, avtomobil hissələrinin idxal olunduğu Kanadadan və şirkətin elektrik avtomobilləri üçün ikinci ən böyük bazar olan Çindən məhsul idxalına tətbiq olunan yeni rüsumlar da “Tesla” səhmlərinin ucuzlaşmasını sürətləndirib. Dekabrda qiyməti 479 dollar olan bir səhm dünənki ticarətin sonunda 15 faizdən çox dəyər itirərək təxminən 222 dollaradək ucuzlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]