Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var
Bakı, 15 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla yaxşı münasibətlərinin olduğunu açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı bunu təyyarəsində jurnalistlərlə söhbətində deyib. “Mənim Kim Çen Inla çox yaxşı münasibətim var. O, özünü olduqca sakit aparır”, - deyə Donald Tramp bildirib.
Ağ Evin rəhbəri jurnalistin Vaşinqtonun Pxenyanla əlaqə saxlayıb-saxlamadığı ilə bağlı sualına müsbət cavab versə də, təfərrüata varmayıb. “Bu barədə sizə danışmayacağam. Lakin mənim onunla yaxşı münasibətlərim var. Kim Çen In ölkəmizə hörmət göstərib”, - deyə ABŞ lideri əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]