Tramp Qazaxıstan və Özbəkistan prezidentlərini G20 Sammitinə dəvət edib
Vaşinqton, 23 dekabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə telefonla danışıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti “Truth” sosial hesabında yazıb. O, danışıqlar zamanı davam edən münaqişələrə son qoymağın və millətlər arasında ticarət və əməkdaşlığın artırılmasının vacibliyini müzakirə etdiklərini bildirib.
ABŞ Prezidenti, hər iki ölkə ilə münasibətlərin möhtəşəm olduğunu vurğulayıb. Tramp hər iki lideri gələn il Amerika Birləşmiş Ştatlarında keçiriləcək G20 Sammitinə dəvət edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]