Tramp reseptlə verilən dərmanların qiymətlərini 30–80 faiz endirəcəyini vəd edib

Bakı, 12 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp reseptlə verilən dərmanların qiymətinin ucuzlaşdırılması istiqamətində fərman imzalayacağını bəyan edib.
AZƏRTAC xəbər verir ki, Donald Tramp bu barədə sosial media hesabında bildirib.
“Sabah saat 09:00-da ölkəmizin tarixində ən vacib icraedici fərmanlardan birini imzalayacağam. Reseptlə verilən dərmanların və digər preparatların qiymətləri demək olar ki, 30–80 faiz ucuzlaşacaq”, – deyə dövlət başçısı yazıb.
Prezidentin sözlərinə görə, fərman qüvvəyə mindikdən sonra ABŞ ən ucuz dərman qiymətlərinə malik olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.06.2025 [17:50]
Ən təmiz çimərliklərə malik Avropa ölkəsinin adı açıqlanıb
- 20.06.2025 [17:48]
“Labubu”nun rəhbəri tənqidlərdən sonra 4 milyard dollar itirib
- 20.06.2025 [16:48]
Herakl bürcündə Yupiterdən yeddi dəfə böyük soyuq planet kəşf edilib
- 20.06.2025 [15:17]