Tripolidə silahlı toqquşmalar baş verib, yaralananlar var
Bakı, 13 may, AZƏRTAC
Liviyanın paytaxtı Tripolidə baş verən qarşıdurmalarda ən azı 6 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına Liviya təcili yardım xidmətinin nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, paytaxt Tripolidə altı nəfər yaralanıb.
Bundan əvvəl fövqəladə hallar xidməti şəhərdə yüksək hazırlıq rejimi elan edib. Toqquşmalarla bağlı fövqəladə vəziyyət zamanı bir neçə təcili yardım maşını və tibbi briqadalar hazırlanıb.
Tripolidə hadisələrin gərginləşməsinə baş qərargah rəisi Abdelqani əl-Kiklinin öldürülməsi səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [22:23]
Atlantik okeanında “Dolli” tropik fırtınası formalaşıb
- 27.08.2026 [22:22]
Tramp Atlantik və ya Sakit okeanların adını dəyişdirmək niyyətini açıqlayıb
- 27.08.2026 [20:17]
Almaniyanın şimal bölgəsi müdafiə və innovasiya mərkəzinə çevriləcək
- 27.08.2026 [19:10]
Səudiyyə Ərəbistanının nüvə enerjisi həmləsi neft ixracı gücünü artıracaq
- 27.08.2026 [18:50]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 27.08.2026 [18:27]