Tullantıların idarə olunması üzrə növbəti ekoloji monitorinq başa çatmışdır
Bakı, 10 yanvar (AZƏRTAC). Ekologiya İdarəsi tərəfindən “Tullantıların İdarə Olunması Planı”na uyğun olaraq, ARDNŞ-in dəniz və quru obyektlərindəki istehsalat tullantılarının formalaşdığı və onların saxlanıldığı sahələrdə 2012-ci il üzrə aparılmış ekoloji monitorinq işləri başa çatdırılmışdır.
AZƏRTAC xəbər verir ki, artıq monitorinqin nəticələri barədə hesabat hazırlanmışdır. Aparılmış monitorinq işləri zamanı hər bir müəssisə üzrə ümumi məlumat, istehsalat prosesində formalaşan tullantılar, onların dislokasiya vəziyyəti, çeşidlənməsi, rəng koduna uyğun xüsusi konteynerlərdə yerləşdirilməsi, əvvəlki illərdən qalıq kimi saxlanılması, tullantıların müvəqqəti yerləşdirilməsinin ekoloji tələblərə cavab verməsi və digər parametrlərə xüsusi diqqət yetirilmişdir. Aşkar olunmuş qüsurlar hesabatda öz əksini tapmış, ətraf mühitə təsir edən mənfi amillərin aradan qaldırılması üçün irad və təkliflər hesabata əlavə edilmişdir.
Aparılmış monitorinq işləri nəticəsində aşkar olunmuş qüsurların aradan qaldırılması, eləcə də yerlərdə tullantıların düzgün idarə olunmasının təmin edilməsi məqsədilə ARDNŞ-in idarə və müəssisələrində, birgə müəssisə və əməliyyat şirkətlərində çalışan mühəndis-texniki personalın maarifləndirilməsi üçün mütəmadi olaraq toplantıların keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]