Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tumlu meyvə bitkilərinin becərilmə texnologiyası

Bakı, 25 oktyabr, AZƏRTAC

Azərbaycanda becərilən tumlu meyvə bitkiləri qrupuna əsasən alma, armud, heyva aiddir. Respublikamızın əksər rayonlarının mülayim iqlimi meyvə bitkilərinin əkinini aparmağa imkan verir. Lakin aran yerlərdə və qışın mülayim keçdiyi digər rayonlarda əkin üçün ən optimal müddət payız fəsli sayılır.

Almanın dünya miqyasında on mindən artıq sortu becərilir. Alma sortları yetişməsi vaxtına görə 3 qrupa ayrılır: yaylıq, payızlıq və qışlıq sortlar. Armudun respublikamızda daha geniş yayılan növləri bunlardır: Qafqaz armudu, meşə armudu. Armud sortları da yetişmə vaxtına görə yaylıq, payızlıq və qışlıq olurlar. Azərbaycanda heyvanın yalnız bir növü - adi heyva becərilir. Bütün mədəni heyva sortları bu növdən törəmədirlər.

Aqrar elmlər üzrə fəlsəfə doktoru Murtuzəli Hacıyevin AZƏRTAC-a təqdim etdiyi mütəxəssis yazısında tumlu meyvə bitkilərinin becərilmə texnologiyası barədə fikirlər əksini tapıb.

- Tumlu meyvə bitkilərinin əkini zamanı bir qayda olaraq yaxşı inkişaf etmiş, sağlam, standarta uyğun bir və ikiillik tinglərdən istifadə olunur. Əkin üsulundan asılı olmayaraq, tinglər əkildikdən sonra mütləq suvarılmalıdır. Əgər yaxın bir-iki gündə əkililəri suvarmaq imkanı yoxdursa, bu zaman hər çalaya ən azı 8-12 litr su tökmək lazımdır. Yeni bağ salmaq üçün ilk növbədə sahə seçilməlidir. Bağ əkiləcək yerin relyefi düzən, zəif maili yamaclar olmalıdır. Mailliyi çox olan yamaclarda bağ xüsusi düzəldilmiş terraslarda əkilməlidir. Erkən yazda salınacaq bağ üçün şumu əvvəlki ilin yayında və ya payızında, payız bağ əkməsi üçün isə bağın salınmasına ən azı iki ay vaxt qaldıqda, şum altına 30-40 ton peyin, təmin olunma dərəcəsindən asılı olaraq təsiredici maddə hesabı ilə 120-180 kiloqram fosfor, 90-120 kq kalium gübrələri verilməklə aparılır.

Sahədə bağ salmaq məqsədilə ölçü işləri aparılır, sərnələr ayrılır və plan əsasında bölgü aparılıb, baş və sərnələrarası yollar da nəzərə alınmaqla, eni 70-80 santimetr, dərinliyi isə 60-70 sm olan çalalar qazılır. Bağ salmaq üçün əsas etibarilə sağlam, elit və standartlara (boy və s. ölçülərinə görə) cavab verən əkin materialı seçilməlidir. Gübrələrin düzgün tətbiqi nəticəsində tumlu meyvə ağaclarının məhsuldarlığı 20-30 faizədək artırıla bilir. Bağda üzvi gübrələrin bütün formaları peyin, kompost və s. tətbiq edilir.

Lakin bu üzvi gübrələrdən bağ üçün ən yaxşısı yarım çürümüş mal peyinidir. Tərkibindəki qida elementlərinin (azotun və s.) zənginliyinə görə fərqlənən quş peyini isə nisbətən az doza ilə yemləmə şəklində istifadə edilməlidir. Mineral gübrələrin tətbiqindən ən yaxşı nəticə azot, fosfor, kalium və s. qida elementlərinin tarazlaşdırılmış tətbiqindən əldə edilir.

Hər bir meyvə bağına tətbiq olunacaq gübrə norması bağın torpağının qida elementləri ilə təmin olunma dərəcəsindən, cərgə aralarında torpağın saxlanma sistemindən, nəmlənmə dərəcəsindən, becərilən sortun bioloji xüsusiyyətlərindən, ağacların əkin sxemindən və planlaşdırılan meyvə məhsulunun miqdarından asılı olaraq seçilir. Bu zaman nəzərə almaq lazımdır ki, bağ torpağının tərkibi haqqında olan biliyin azlığını gübrəni çox verilməsi ilə əvəz etmək olmaz. Çünki normadan artıq verilən mineral gübrə sonradan düzəldilməsi mümkün olmayan bir sıra problemlər yaradır. Meyvə bitkisinin qida elementləri ilə təmin olunmasına nəzarət hər bir bağ üçün 4-5 ildə bir dəfə torpaq və yarpaq analizlərinin aparılması ilə həyata keçirilir. Yarpaq analizlərinin nəticələri əsasında bitkinin hər hansı bir qida elementi ilə (azot, fosfor, kalium, dəmir, sink, mis, bor, manqan və s. ) normal, zəif və ya artıq dərəcədə təmin olunduğu təyin edilir.

Meyvə ağacına forma verilməsinin əsas məqsədi onu tezliklə bar vermə dövrünə keçməyə məcbur etmək və hər il yüksək məhsul götürməyə nail olmaqdan ibarətdir. Meyvə bitkilərinin ən yaxşı budama vaxtı payızda yarpaqlar töküləndən sonra, eləcə də bütün qış dövrü olmaqla, tumurcuqların şişməsi dövrünədək aparıla bilər. Məqsədindən və gücündən asılı olmayaraq bütün növ budamalar vegetasiyanın başlanmasınadək olan müddətdə başa çatdırılmalıdır.

Azərbaycanda tumlu meyvə bitkilərində dəmgil, qara xərçəng, pas, septorioz, unlu şeh, bakterial xərçəng, ağaclarda yanıq və sair xəstəliklər geniş yayılıb. Xəstəliklərlə mübarizə məqsədilə aqrotexniki tədbirlər tam yerinə yetirilməli, budama vaxtında aparılmalı, vegetasiyanın sonunda xəstəliyə yoluxmuş bitki qalıqları məhv edilməli, yarpaq töküləndən sonra qış infeksiya mənbəyini məhv etmək üçün bağlarda 1-2 faizli dnok (hektara 10-20 kq), yaxud 2-3 faizli nitrofen preparatları ilə çiləmə aparılmalıdır. Dəmgil xəstəliyinə qarşı ağaclarda tumurcuq açılana kimi bordo mayesi ilə çiləmə aparılmalı, vegetasiya müddətində xəstəliyə qarşı bordo mayesi və ya onu əvəz edən yeni pestisitlərdən istifadə edilməlidir. Tumlu meyvə bitkilərinin əsas zərərvericiləri olan alma meyvəyeyəni, alma güvəsi, müxtəlif mənənələr, Kaliforniya yastıcası və s. qarşı aqrotexniki və kimyəvi mübarizə tədbirlərindən istifadə olunması zəruridir. Kimyəvi mübarizə məqsədilə sumi-alfa (0,6 L/ha), karate (0,6 L/ha), Omay, (3 L/ha) və sair istifadəsinə icazə verilmiş preparatlardan düzəldilmiş məhlullarla çiləmə aparılmalıdır.

Tumlu meyvə bitkilərinin cins və sortları seçilərkən onların yetişmə müddəti, istifadə istiqaməti və saxlanma xarakteri nəzərə alınmalıdır. Məhsulun eyni vaxtda yetişməsi onun yığılmasını çətinləşdirir və itkiyə səbəb olur. Bunun üçün bitkilər yetişmə vaxtlarına görə qruplaşdırılır və bu zaman əsas üstünlük tumlu meyvə bitkilərində payız-qış sortlarına (60-80 faiz) verilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir