Tunis, Əlcəzair və Liviya əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər
Bakı, 23 aprel, AZƏRTAC
Tunis, Əlcəzair və Liviya liderləri qeyri-qanuni immiqrasiya ilə mübarizə və elektrik enerjisi sisteminin qarşılıqlı əlaqəsini sürətləndirmək üçün birgə razılığa gəliblər.
AZƏRTAC “Barrons” saytına istinadla xəbər verir ki, Tunis Prezidenti Kays Said, Əlcəzair Prezidenti Əbdülməcid Tebbun və Liviya Rəyasət Heyətinin sədri Məhəmməd əl-Menfi arasında keçirilən ilk məşvərət görüşünün sonunda birgə bəyannamə qəbul olunub.
Bəyannamədə qeyd olunur ki, üç qonşu ölkənin liderləri ümumi sərhəd boyunca təhlükəsizliyə nəzarət etmək, qeyri-qanuni immiqrasiya və mütəşəkkil cinayətkarlığın bütün formalarına qarşı mübarizə aparmaq üçün birgə işçi qruplarının yaradılması barədə razılığa gəliblər.
Həmçinin Tunis-Liviya-Əlcəzair elektrik enerjisi sisteminin qarşılıqlı əlaqəsi layihəsinin həyata keçirilməsini sürətləndirmək, insanların və malların daşınması prosedurlarını sadələşdirmək və azad ticarət zonaları yaratmaqla bağlı razılıq əldə edilib.
Liviya məsələsinə gəlincə, üç lider "liviyalıların istəklərinə cavab verən" seçkilər keçiriləcəyinə ümidlərini ifadə edərək, hər hansı xarici müdaxilənin yolverilməz olduğunu bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]