TUNİSDƏ “LƏ FİQARO” QƏZETİNİN YAYIMINA QADAĞA QOYULMUŞDUR
Qəzetin 19 sentyabr tarixli nömrəsində dərc edilmiş “İslam qorxusu ilə üzbəüz azad dünya nə etməlidir?” adlı məqalədə müqəddəs peyğəmbəri, İslam dinini və müsəlmanları təhqir edən fikirlər səsləndiyinə görə ölkənin daxili işlər naziri onun satışına qadağa qoymuşdur. Nazirin qadağasından sonra qəzetin nüsxələri köşklərdən yığışdırılmışdır.
Müəllif Rober Redeker məqaləsində Qərbin müsəlman ölkəsinin heç birində olmayan azad fikir və söz azadlığı üçün İslamın təhlükə törətdiyini bildirmişdir.
R.Redeker məqaləsində Quranı “görünməmiş zorakılıq kitabı” və Məhəmməd peyğəmbəri “zalım müharibənin rəhbəri” adlandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]