“Turan Tovuz” Premyer Liqanın XXIII turunda ilklərə imza atıb
Bakı, 20 fevral, AZƏRTAC
“Turan Tovuz” klubu Azərbaycan Premyer Liqasının XXIII turunda ilklərə imza atıb. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda “Sabah”la səfər görüşündə 2:0 hesabı ilə qalib gəlib.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Tovuz təmsilçisi ilk dəfə rəqib meydanında keçirdiyi Premyer Liqa matçında 2 qol vurub. Bunadək səfərdə birdən çox qol vurmayan debütant səfərdə ən böyük fərqli qələbəsini qazanıb. “Turan Tovuz” əvvəlki üç qələbəsini bir top fərqi ilə əldə edib.
Tovuz komandası həm də ilk dəfə ardıcıl iki səfər görüşündə qalib gəlib. “Turan Tovuz” fevralın 6-da “Şamaxı”nı bir qolla üstələyib. Klub debüt mövsümünün əvvəlki qarşılaşmalarında belə seriyaya imza atmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]