“TURAZ Şahini – 2016” təlimlərində ətrafı tanıma uçuşları keçirilib
Bakı, 12 mart, AZƏRTAC
“TURAZ Şahini - 2016” birgə taktiki-uçuş təlimləri davam edir. Plana əsasən, Azərbaycan və Türkiyə Hərbi Hava qüvvələrinin pilotları ətrafı tanıma uçuşlarını yerinə yetiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, uçuşlardan əvvəl təyyarəçilər üçün brifinq təşkil olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib.
Sonra türkiyəli pilotlar “MiQ-29” qırıcı və “Su-25” hücum, azərbaycanlı hərbi təyyarəçilər isə “F-16” qırıcı təyyarələrində uçuşlar keçiriblər.
Təlimlər davam edir.