Turizm sahəsində elektron marketinq üzrə işçi qrupu yaradılıb
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycanın turizm potensialının elektron marketinq vasitələri ilə təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyində turizm sahəsində elektron marketinq üzrə işçi qrupu yaradılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yaradılan işçi qrup qurumun marketinq planına əsasən hədəf bazarlarında aidiyyəti kampaniyaların təşkilində, xarici internet portallarında ölkəmizin turizm potensialının təbliğ olunması üçün müvafiq layihələrin həyata keçirilməsində, eləcə də gəlmə turizm üzrə marketinq tədqiqatlarının aparılmasında iştirak edəcək.
Qeyd edək ki, bir sıra xarici ölkələrin təcrübəsinin təhlili son zamanlar turizm və iqtisadiyyatın digər sahələrində elektron marketinqin daha geniş istifadə olunduğunu göstərir. Ənənəvi təbliğat vasitələrindən fərqli olaraq, elektron marketinq az maliyyə vəsaiti tələb etməklə daha çox effektiv təbliğat və informasiya təsirinə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]