TURİZM SAHƏSİNDƏ SERTİFİKATLAR TƏQDİM EDİLMİŞDİR
Bakı Biznes Mərkəzində turizm biznesi kurslarının dinləyicilərinə sertifikatların təqdim edilməsi mərasimi keçirilmişdir. Kurslar Gənclər, İdman və Turizm Nazirliyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi arasında əldə edilmiş sazişə müvafiq surətdə ölkəmizdə ilk dəfə təşkil olunmuşdur.
Gənclər, İdman və Turizm Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, daha çox fərqlənən dinləyicilər – turizm agentliklərinin, Bakıdakı və bölgələrdəki mehmanxanaların nümayəndələri təcrübə keçmək məqsədi ilə Türkiyəyə göndəriləcəklər.