ELM VƏ TƏHSİL
“Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının bu il üçün ilk nömrəsi çapdan çıxıb
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əsas nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının 2017-ci il üçün birinci nömrəsi çapdan çıxıb. Bu nömrədə ATMU-da kadr hazırlığı aparılan ixtisasların rəqabət mühiti, Azərbaycan turizminin iqtisadi inkişaf perspektivləri, yeni turların yaradılma texnologiyaları, turizm sahəsinin inkişafında təhsilin əhəmiyyəti, sosial sahibkarlıq və sosial maliyyə bazarlarının qiymətləndirilməsi və mədəniyyətlərarası əlaqələrin formalaşmasınının tədqiqi kimi araşdırma nəticələri yer alıb.
Jurnalın elektron versiyası ilə universitetin veb-saytında (www.atmu.edu.az) və Kitabxana İnformasiya Mərkəzində tanış olmaq mümkündür.