Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk dünyasında mədəni birlik iqtisadi inteqrasiyanın möhkəm təməlidir - ekspert

Türk dünyasında mədəni birlik iqtisadi inteqrasiyanın möhkəm təməlidir - ekspert

Bakı, 29 iyun AZƏRTAC

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” yalnız mühüm tarixi və mədəni hadisənin yubileyi deyil, eyni zamanda, türk dövlətləri arasında müasir əməkdaşlığın hansı möhkəm mənəvi təməl üzərində qurulduğunu göstərən əlamətdar platformadır. Yüz il əvvəl Bakıda türk xalqlarının ortaq dili, elmi, tarixi və mədəni gələcəyi müzakirə olunurdusa, bu gün həmin birlik ideyası siyasi, iqtisadi, nəqliyyat, texnoloji və institusional əməkdaşlıqla daha geniş məzmun qazanır.

Bu fikri AZƏRTAC-a açıqlamasında “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin sədri, iqtisadçı ekspert Araz İmanov deyib. O bildirib ki, Prezident İlham Əliyevin “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətində ifadə etdiyi kimi, “Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır”. Bu gücün dayanıqlı olması üçün ortaq tarixi-mədəni dəyərlər iqtisadi əlaqələr, qarşılıqlı investisiyalar, ticarət, nəqliyyat, rəqəmsal texnologiyalar və biznes əməkdaşlığı ilə tamamlanmalıdır. Azərbaycanın hazırda Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi də iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əlavə imkanlar yaradır. Türk dövlətləri geniş coğrafiyanı, mühüm enerji və xammal ehtiyatlarını, böyük istehlak bazarlarını, inkişaf edən sənaye və kənd təsərrüfatı potensialını, Avropa ilə Asiyanı birləşdirən strateji nəqliyyat marşrutlarını əhatə edir. Bu imkanların vahid əməkdaşlıq məntiqi ilə əlaqələndirilməsi Türk dünyasını qlobal iqtisadi münasibətlərdə daha güclü və rəqabətqabiliyyətli mövqeyə çıxara bilər. Azərbaycan TDT-yə sədrliyi 2025-ci ilin oktyabrında Qəbələ Zirvə Görüşündə qəbul edib və sədrliyi 2026-cı ildə Türkiyədə keçiriləcək növbəti Zirvə Görüşünədək davam etdirir.

“TDT çərçivəsində bu istiqamətdə artıq mühüm institusional mexanizmlər formalaşdırılır. Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması, Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişinin imzalanması, Sadələşdirilmiş Gömrük Dəhlizi, elektron gömrük və tranzit alətlərinin inkişafı, Türk Ticarət və Sənaye Palatasının fəaliyyəti dövlətlərarası iqtisadi əməkdaşlığı praktik biznes imkanlarına çevirməyə xidmət edir. Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş 2024-cü ilin fevralında qüvvəyə minib, Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi isə rəqəmsal ticarət üçün daha etibarlı və əlverişli hüquqi mühit yaratmaq məqsədi daşıyır. TDT ölkələrinin ümumi iqtisadi və ticarət potensialı kifayət qədər böyükdür. Təşkilatın məlumatına əsasən, üzv ölkələrin ümumi xarici ticarət dövriyyəsi 2025-ci ilin ilk doqquz ayında təxminən 958,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, türk dövlətlərinin öz aralarındakı ticarətin ümumi dövriyyədəki payı mövcud potensialla müqayisədə hələ də aşağıdır. Bu isə göstərir ki, qarşılıqlı ticarətin, birgə investisiyaların və biznes əlaqələrinin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur”, - deyə ekspert qeyd edib. Onun fikrincə, Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyət daşıyır. Gömrük prosedurlarının uyğunlaşdırılması, sərhəd-keçid proseslərinin sürətləndirilməsi, elektron sənədlərin qarşılıqlı tanınması və logistika xərclərinin azaldılması türk dövlətləri arasında mal dövriyyəsini əhəmiyyətli dərəcədə artıra bilər. Sadələşdirilmiş Gömrük Dəhlizi və e-TIR, e-Permit, e-CMR kimi rəqəmsal alətlər məhz daşınmaların daha sürətli, şəffaf və səmərəli təşkilinə yönəlib.

O bildirib ki, pərakəndə ticarət sektoru baxımından Türk dünyası daxilində iqtisadi inteqrasiyanın çox konkret nəticələri ola bilər. İstehsalçıların və ticarət şəbəkələrinin bir-birinə daha asan çıxışı məhsul çeşidinin genişlənməsinə, təchizat mənbələrinin şaxələndirilməsinə, logistika imkanlarının yaxşılaşmasına və istehlakçılar üçün daha çox seçim yaradılmasına xidmət edə bilər. Qida, kənd təsərrüfatı, tekstil, məişət məhsulları, elektronika və digər sahələr üzrə Türk dövlətlərinin hər birinin fərqli istehsal üstünlükləri mövcuddur. Bu potensialın ticarət şəbəkələri vasitəsilə daha sistemli şəkildə bazara çıxarılması həm istehsalçılar, həm pərakəndəçilər, həm də istehlakçılar üçün faydalı olar.

Ekspertin fikrincə, bunun üçün yalnız malların fiziki hərəkətini asanlaşdırmaq kifayət deyil. Məhsul standartlarının, sertifikatların və elektron sənədlərin qarşılıqlı tanınması, gömrük məlumatlarının əvvəlcədən mübadiləsi, istehlakçı hüquqlarının qorunması, rəqabət qaydalarının yaxınlaşdırılması və ödəniş infrastrukturunun inteqrasiyası da vacibdir. Məqsəd bütün ölkələrdə eyni qaydaları mexaniki şəkildə tətbiq etmək deyil, fərqli bazarlar arasında biznes üçün aydın, sürətli və proqnozlaşdırılan əməkdaşlıq mühiti yaratmaq olmalıdır. Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları Türk dünyasında iqtisadi əlaqələrin növbəti mühüm mərhələsini təşkil edə bilər. 2026-cı ilin mayında Türküstanda keçirilən TDT-nin qeyri-rəsmi Zirvə Görüşünün süni intellekt və rəqəmsal inkişafa həsr olunması da bu istiqamətin təşkilatın strateji gündəliyində mühüm yer tutduğunu göstərir. Zirvə sənədlərində rəqəmsal platformaların, Rəqəmsal İpək Yolu layihəsinin və rəqəmsal iqtisadiyyat üzrə çoxtərəfli əməkdaşlığın genişləndirilməsi dəstəklənib.

“İctimai Birlik olaraq biz də bu istiqamətdə praktiki imkanları nəzərdən keçiririk. Hazırda bir sıra yerli və beynəlxalq “fintech” tərəfdaşları ilə pərakəndə ticarət üçün nağdsız ödənişlərin daha əlçatan, təhlükəsiz və iqtisadi baxımdan səmərəli təşkilinə xidmət edən həllər üzərində işləyirik. Məqsədimiz gələcəkdə bu təcrübənin və uyğun texnoloji həllərin Türk dünyası üçün ortaq platforma və ya pilot layihə formatında təqdim olunması imkanlarını araşdırmaqdır”, - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, belə bir yanaşma Türk dövlətləri arasında ticarət zamanı ödənişlərin daha sürətli həyata keçirilməsinə, əməliyyat xərclərinin azalmasına, yerli valyutalarda hesablaşma imkanlarının genişlənməsinə və beynəlxalq ödəniş infrastrukturlarından asılılığın müəyyən qədər azaldılmasına töhfə verə bilər. Bununla yanaşı, məlumatların təhlükəsizliyi, fərdi məlumatların qorunması, kibertəhlükəsizlik və texniki standartların uyğunlaşdırılması kimi məsələlər də öncədən nəzərə alınmalıdır.

A.İmanov vurğulayıb ki, Türk dünyası daxilində pərakəndə ticarət təşkilatlarının daimi dialoq platformasının yaradılması gələcək üçün maraqlı təşəbbüs ola bilər. Belə bir platforma dövlətlərarası sazişləri biznesin gündəlik ehtiyacları ilə əlaqələndirər, özəl sektorun təkliflərini aidiyyəti qurumlara çatdırar və ortaq layihələrin hazırlanmasını asanlaşdırardı. Dövlətlərarası siyasi iradənin özəl sektorun təşəbbüskarlığı ilə tamamlanması iqtisadi inteqrasiyanın real nəticələrə çevrilməsi üçün əsas şərtlərdən biridir.

O qeyd edib ki, Birinci Türkoloji Qurultay yüz il əvvəl Türk dünyasının ortaq elmi və mədəni düşüncəsinin formalaşmasında mühüm mərhələ olub. Bu gün həmin irsin davamı yalnız dilin, tarixin və mədəniyyətin qorunması ilə məhdudlaşmamalıdır. Ortaq mənəvi məkan ortaq iqtisadi maraqlar, texnoloji əməkdaşlıq, investisiya və ticarət əlaqələri ilə möhkəmləndirilməlidir.

“Hesab edirik ki, Türk dünyasının möhkəmliyi həm də dövlətlərimizin, biznes dairələrimizin və cəmiyyətlərimizin bir-biri ilə daha sıx iqtisadi əlaqələr qurmasından keçir. Mədəni birlik bizi bir araya gətirən tarixi təməldir, iqtisadi əməkdaşlıq isə bu birliyin gələcək nəsillər üçün dayanıqlı və nəticəyönümlü olmasını təmin edən əsas sütunlardan biridir”,- deyə A.İmanov əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO